Monqolustanda qədim türklərə aid heykəllər tapılıb
Tarix: 10.08.2016 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astanada yerləşən Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşəbbüsü ilə Monqolustan "Şiveet Ulaan" qədim Türk adət-ənənələri abidələr kompleksində başlayan arxeoloji qazıntılar davam edir.
Layihə Monqolustan Milli Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutu ilə birlikdə həyata keçirilir.
Bu ilin iyul ayının əvvəlində TWESCO prezidenti Darxan Kıdıralinin rəhbərlik etdiyi layihə çərçivəsində tanınmış monqolustanlı arxeoloq D.Tsevendorj və qazaxıstanlı türkoloq N.Bazilhanın idarəçiliyində başlanan qazıntı işləri Şiveet Ulaan kompleksinin yerləşdiyi mövqedə davam edir. Bengütaşın yer aldığı sahədə arxeoloqların gərgin səyləri nəticəsində qədim türklərə aid heykəllər tapılıb. Bununla yanaşı, movzeley daşlardan təmizlənib, quruluşu, təməli, forma və həcmi müəyyən edilib.
Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə bu ilin 24 avqust tarixində "Şiveet Ulaan" movzeleyində "Böyük Çöl Köçəriləri: Tarixi və Mədəni Bənzərliklər" adlı türk və monqolustanlı arxeoloqların iştirakı ilə baş tutacaq II Səhra Seminarında arxeoloji tapıntılarla bağlı ətraflı təqdimat keçiriləcək. Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya və Türkiyədən elm adamları və mətbuat nümayəndələri iştirak edəcək. Qeyd edək ki, 20-27 avqust 2016-ci il tarixləridə "Tanrı dağından Ötükənə: Böyük Çöl Köçəriləri: Tarixi və Mədəni Bənzərliklər" adlı beynəlxalq tədqiqat səfəri həyata keçiriləcək.
Diqqətinizə adıçəkilən arxeoloji tədqiqatlardan bir neçə foto təqdim edirik.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info