Vergi islahatları bizə nə vəd edir?
Tarix: 10.08.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Avqust ayının 4-də Prezidentin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamın əsas hədəfləri nələrdən ibarətdir? Bu sərəncamla nəzərdə tutulan tədbirlərin reallaşdırılması vergi sistemində hansı yeniliklərə səbəb olacaq? Ən əsası, vergi sistemində aparılacaq bu islahatlar ölkə iqtisadiyyatına və onun əsasını təşkil edən sahibkarlığın inkişafına nə kimi töhvələr verə biləcək? Sərəncamla 21 istiqamətdə aparılacaq islahatlar üç ay müddətində başa çatdırmalıdır. Bu islahatların 11-i beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur.
Vergilər Nazirliyinin rəhbərliyi ölkə başçısının imzaladığı bu sərəncamla nəzərdə tutulan tədbirlərin icrasına maraqlı bir yanaşım edib. Aparılacaq islahatların səmərəliliyini maksimum təmin etmək, qəbul ediləcək qərarların düzgünlüyünə tam əmin olmaq məqsədilə Nazirliyin rəhbərliyinin təşəbbüsü ilə dünən – avqust ayının 9-da vətəndaş cəmiyyətini təmsil edən bir qrup iqtisadçılar Vergilər Nazirliyinə dəvət olunaraq, aparılacaq islahatlarla bağlı dəyirmi masa arxasında ətraflı müzakirələr təşkil edildi. Bu addım Vergilər Nazirliyinin sərgilədiyi çox yaxşı bir nümunədir. Ölkə başçısının vergi xidmətlərinin sayının və keyfiyyətinin artırılmasını, sahibkar və vergi məmuru arasındakı münasibətlərin mümkün qədər elektron formatının tətbiqini, iş adamlarının tək vergilərlə bağlı deyil, başqa hesabatlarla bağlı vaxtına maksimum qənaət edilməsini nəzərdə tutan bu islahatlar, ölkədə real sektorun inkişafına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir. Hökumət post-neft dövründə qeyri-neft sektorunun sürətli inkişafına maneə ola biləcək bütün məqamların aradan qaldırılması istiqamətində ciddi addımlar atır. Keçən ilin sonlarından başlayan və getdikcə dərinləşən iqtisadi islahatlar sahibkarlığın inkişafı üçün münbit bir şəraitin formalaşmasını hədəfləyib. Bu gün aparılan vergi islahatları da məhz haqqında bəhs etdiyimiz hədəflərə çatılmaq yolunda atılan addımların davamıdır.
Bütün dünyanı bürümüş, bizim də ölkəmizdən yan keçməmiş iqtisadi və maliyyə böhranı şəraitində Vergilər Nazirliyinin cari ilin ötən dövrü ərzində büdcə gəlirləri üzrə proqnozlara artıqlamasılə əməl edə bilməsi, Nazirliyin rəhbərliyinin böyük təşkilatçılığı və onun əməkdaşlarının yüksək peşəkarlığının nəticəsində mümkün ola bildi. Ölkə iqtisadiyyatında azalmaların baş verdiyi bir konteksdə bütün rezervləri bir araya gətirmək və büdcənin gəlir proqnozlarını artıqlamasıilə yerinə yetirmək yalnız fədakar əməyin nəticəsində mümkün ola bilərdi. Ola bilsin ki, kənardan kimlərsə bu iş asan görünsün. Ancaq peşəkar olanlar bunun nə olduğunu çox yaxşı bilirlər. Əgər ölkə iqtisadiyyatında ümumi iqtisadi azalmalar fonunda Vergilər Nazirliyi büdcə gəlirlərini tam yığa bilməsəydi, yəqin ki, onu buna görə heç kim qınamazdı. Lakin bu qurumun rəhbərliyi yaranmış çətinliklərə baxmayaraq, vəziyyəti düzgün dəyərləndirərək, bütün imkanları bir araya gətirib, bu vəzifənin öhdəsindən layiqincə gələ bildi. Bu isə o deməkdir ki, böhranlı bir duruma baxmayaraq, biz ölkə büdcəsindən əmək haqlarının, təqaüdlərin və başqa müdafiə olunan xərclərin, ordumuzun bütün ehtiyaclarının vaxtında və tam həcmdə ödənilməsini təmin edilə bildik.
Ölkədə aparılan sürətli iqtisadi islahatlar, vergi sistemində Prezidentin bu ilin avqust ayının 4-də imzaladığı sərəncamla nəzərdə tutulan yeniliklər, yaxın dövrdə həm iqtisadi yüksəlişin və həm də vergi daxilolmalarının kifayət qədər artacağına yaxşı bir əminlik yaradır.
Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info