“Ermənistandakı seçki məsələləri hakim rejimin qurduğu oyundur”
Tarix: 13.03.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Zərdüşt Əlizadə: “Serjik və onun aparatı çox çalışıb ki, Raffi çox səs toplasın və Avropa deməsin ki, Ermənistanda totalitarizm var”

Ermənistanda fevral ayında keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı böhran və siyasi kataklizm davam edir. Müxalifət namizədi Raffi Ovannisyan Serj Sərkisyanın yenidən “seçilməsini” qəbul etmir və seçkinin saxtalaşdırıldığını, əslində özünün seçildiyini bildirir.

Bu isə Ermənistanda siyasi qarşıdurmaları daha da gücləndirir və cəmiyyətdə iğtişaşlara rəvac verir. Bəs, bu prosesin sonu nə ilə bitəcək? Bu barədə bizə fikirlərini bildirən politoloq Zərdüşt Əlizadə qeyd edir: “Bütün siyasətşünaslar Raffi Ovannisyanın tərzi-hərəkətini, bəyanatlarını, əqli və mədəni səviyyəsini təhlil edərək bildirir ki, Raffi Ovannisyan Serj Sərkisyandan narazı olan, ona nifrət edən xalqın səsini qazanıb. Açıq təsdiq edirlər ki, o, əslində çox səs toplayıb. Amma Raffi Ovannisyan Ermənistanın prezidenti olsa, Ermənistanın dövlət kimi tamamilə çökməsi prosesi sürətlənəcək. Hazırda Ermənistan dövləti Serjikin vaxtında yavaş-yavaş çökməkdədir. Amma Raffi hakimiyyətə gələrsə, bu proses sürətlənəcək. Ona görə də görünür, məsləhətdir ki, Raffi Ovannisyan heç prezident olmasın. O ki qaldı parlament seçkilərində onun 5 faiz, prezident seçkilərində isə 37 faiz səs toplamasının elan olunmasına, bu o deməkdir ki, həmin ölkə sabit sosial bazaya malik deyil. Raffi başqa bir müxalifətin səslərini toplayıb. Həmin müxalifət isə sanki parlament seçkisində iştirak etməyib. O, bu səsi ona görə toplayıb ki, Ermənistan hakimiyyəti buna rəvac verib, imkan yaradıb. Serjik özü və onun aparatı çox çalışıb ki, Raffi çox səs toplasın ki, Avropa deməsin ki, Serjik 90 faiz toplayıb, bu da totalitarizm deməkdir. Ona görə də özünə 52, Raffiyə də 37 faiz verib, yerdə qalanları da başqasına paylayıb. Deməli, bu, cinayətkar, Ermənistan xalqının mənafeyinə zidd olan hakim rejimin bir seçki oyunudur. İndi Raffi də qalıb ortada bilmir ki, neyləsin. Serjik isə Rusiya və Qərblə əlbirdir və onun hakimiyyətdə qalması təmin olunacaq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info