Ölkədə vərəm xəstələrinin sayında azalma var
Tarix: 10.08.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzarəti altında respublikada epidemiloji vəziyyəti xarakterizə edən vərəm xəstəliyinə dair statistik göstəricilər toplanaraq analiz olunur. Belə ki, son 5 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. Bu da öz növbəsində vərəm üzrə işin yaxşı təşkilindən xəbər verir. Bu fikirlər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətinə həsr edilmiş “dəyirmi masa”da səsləndirilib.Tədbirdə qeyd edilib ki, epidemioloji vəziyyəti xarakterizə edən əlavə gostəricilərdən biri də ilkin aşkar olunmuş vərəmli xəstələr arasında ayri-ayri kliniki formalar üzrə xəstələnmədir. Ümumilikdə ölkə üzrə ocaqlı (erkən) vərəm formalarının artması, infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə müşahidə olunur. Epidemioloji prosesin gedişini təyin etmək üçün 14 yaşadək və 15-17 yaş qruplarında xəstələnən uşaqların sayı daim hesablanılır.İnstitutun direktor müavini İradə Axundova bildirib ki, son illər ərzində uşaqlar və yeniyetmələr arasında vərəmlə xəstələnmənin azalması müşahidə olunur. Bu, ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir. Vərəmli xəstələrin dərmanla təchizatını dövlət 2010-cu ildən öz üzərinə götürüb. Bununla yanaşı, 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur. Xəstələr tam pulsuz müalicə alırlar.
Qeyd olunub ki, hazırda dərmana davamlı vərəmli xəstələrə xidmət üçün müasir standartlara cavab verən 3 mərkəz istifadəyə verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info