“ASAN peşə” Bakı və Gəncədə qəbul keçirəcək
Tarix: 10.08.2016 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“2016-2017-ci tədris ili üzrə Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu Təhsil Nazirliyi ilə “ASAN xidmət” tərəfindən birgə hazırlanmış “ASAN peşə” pilot layihəsi çərçivəsində aparılacaq”. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Cəsarət Valehov bu gün keçirilən brifinqdə deyib. Nazirlik rəsmisi qeyd edib ki, ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq. Nəticələr avqustun 26-da elan olunacaq. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi - “ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılmasına xidmət edir.
Qeyd edək ki, 2015-2016-cı tədris ilində Bakı şəhərindəki  27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4411 şagird, Gəncə şəhərlərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə isə 680 şagird qəbul olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.07.2020
Nazirlik: Hazırda Azərbacanda 300 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır
12.07.2020
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb
11.07.2020
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
10.07.2020
Bu həftə sonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
10.07.2020
Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Nə edək ki, koronadan yaxa qurtaraq?
3 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
4 Sarayın ləzzətləri: heyva dolması
5 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info