Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 1,2 milyondan çox müraciət edilib
Tarix: 10.08.2016 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı cari ilin iyul ayında əvvəlki iyun ayı ilə müqayisədə 9,6 faiz artaraq 143 612-yə çatıb.
Həmin müraciətlərdən 132 470-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib. İşəgötürənlərlə işçilər arasında bağlanan əmək müqavilələri, eləcə də həmin müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi müvafiq bildiriş formasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə rəsmi qeydiyyatdan keçirilir. Bu isə əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, işçilərin əmək hüquqlarının təminatına, ümumən əmək bazarına birbaşa və obyektiv nəzarəti həyata keçirməyə imkan yaradır. Ötən ay əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin 11 142-si isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub. Həmin e-xidmətdən istifadə etməklə hər bir işçi onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanına malik olur. Hər iki e-xidmət əhalinin «Elektron hökumət» portalında ən çox müraciət etdiyi e-xidmətlər sırasındadırlar.
Ümumilikdə bu ilin yanvar-iyul aylarında əhali əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 204 143 dəfə, istifadəyə verildiyi vaxtdan, yəni 2014-cü ilin iyul ayından cari ilin 01 avqust tarixinə qədər isə 5 milyon 713 min 247 dəfə faydalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info