“Son 10 ildə vergi sistemi əsaslı şəkildə modernləşdirilib, vergi daxilolmaları 5 dəfə artıb”
Tarix: 10.08.2016 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə vergi sistemi əsaslı şəkildə modernləşdirilib, vergi inzibatçılığı kökündən dəyişdirilərək beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib”. 
Bunu Vergilər Nazirliyində Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, bu müddətdə vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində geniş tədbirlər həyata keçirilib. 
İ.Vəliyev qeyd edib ki, son 10 ildə vergi daxilolmaları 5 dəfə, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,7 dəfə, regionlardan büdcə daxilolmaları isə 10,2 dəfə artıb. Qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisi hazırda 70%- çatır. 
Nazir müavini elektron xidmətlərin tətbiqi sahəsində görülən işlərə toxunaraq hazırda vergi ödəyicilərinin təxminən 90 faizinin vergi bəyannamələrini elektron şəkildə təqdim etdiyini vurğulayıb. Bildirib ki, artıq vergi ödənişləri plastik kartlarla internet üzərindən də həyata keçirilə bilir, dünya təcrübəsində ən mütərəqqi yeniliklərdən olan “E-audit” və “Asan imza” kimi mühüm layihələr yalnız regionda deyil, ümumilikdə postsovet məkanında ilk olaraq məhz Azərbaycanın vergi sistemində reallaşdırılıb. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan e-qeydiyyat sisteminin uğurlu tətbiqi üzrə dünyanın aparıcı dövlətləri sırasındadır.
 
Nazir müavini qeyd edib ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, son 10 ildə vergi ödəyicilərinin sayının 5 dəfədən çox artması nəticəsində yeni vergitutma mənbələri yaranıb. Bu baxımdan rəqəmsal iqtisadiyyatın inkişafı vergi orqanları qarşısında yeni vəzifələr qoyur.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info