“Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək”
Tarix: 10.08.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


“Azərbaycanda vergi ödəyicilərinə xidmətlərin spektri genişləndiriləcək və bir sıra yeni elektron xidmətlərin tətbiqi həyata keçiriləcək”. 
Bunu Vergilər Nazirliyində Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, vergilərini vaxtlı-vaxtında ödəyən nümunəvi vergi ödəyiciləri və intizamsız vergi ödəyiciləri müəyyən ediləcək və onların adları ictimaiyyətə açıqlanacaq: “Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək və onlara ünvanlı xidmətlər göstəriləcək. 
Vergitutma bazasının genişləndirilməsi və vergi nəzarəti ilə bağlı məsələlərə toxunan nazir müavini xərclərin süni şəkildə artırılması hallarının aradan qaldırılması, ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı - ofşor hesab edilən dövlətlərdə və ya ərazilərdə təsis edilmiş şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar üzrə gəlirlərin transfert qiymətləri tətbiq edilməklə vergiyə cəlb olunması üçün qanunvericiliyə dəyişiklik ediləcəyini bildirib.
 
“Bununla yanaşı, Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması nəzərdə tutulur. Bu mexanizmlər ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin məbləğlərin qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsindən ibarətdir”, - deyə nazir müavini vurğulayıb.
 
Bəzi vergi ödəyiciləri vergi qanunvericiliyi ilə verilmiş hüquqlardan sui-istifadə etməklə vergidən yayınırlar. Beynəlxalq təcrübə nəzərə alınmaqla belə vergi ödəyicilərinin  vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə vergi qanunvericiliyinə hüquqlardan sui-istifadə əleyhinə müddəaların daxil edilməsi nəzərdə tutulur.
 
Tədbirdə “Könüllü vergi açıqlaması” sisteminin tətbiqi barədə məlumat verilib. Qeyd edilib ki, könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Bu isə vergi ödəyicisinə dəqiqləşmiş bəyannamə verilməsi hüququnu verir ki, həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.
 
İ.Vəliyev bildirib ki, artıq Vergilər Nazirliyində ölkə Prezident İlham Əliyevin sərəncamı ilə əlaqədar kollegiya iclası keçirilib və sərəncamla müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı Tədbirlər Planı qəbul olunub: “Tədbirlər Planında Sərəncamda müəyyən edilmiş bütün məsələlər üzrə konkret görüləcək işlər, bu işlərə məsul struktur vahidləri və konkret icra müddətləri müəyyən edilib. Planın ilin sonuna kimi icrası təmin olunacaq”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info