Vergilər Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələri və müstəqil ekspertlərlə görüş
Tarix: 10.08.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli Sərəncamında verilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunan görüş keçirilib.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən bildiriblər ki, vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov vergi sistemində aparılan islahatlar və həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib. Qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunverici səviyyədə, həm də Vergilər Nazirliyinin öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb.
Nazir müavini Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli Sərəncamına toxunaraq bildirib ki, həmin sərəncamla 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib. Bu sərəncam cari ildə vergi inzibatçılığı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Həmin tədbirlərə vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, nümunəvi vergi ödəyicilərinin müəyyən edilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması aiddir. Həmçinin elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və sair daxildir.
İslahatlar real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi öhdəliklərinə əməl olunması, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi kimi məqsədlərə xidmət edir.Görüşün keçiriməsində məqsədin yeni vergi islahatları barədə vətəndaş cəmiyyətinin nümayəndələrini ətraflı məlumatlandırmaq, eyni zamanda, onların fikir və rəyləri ilə tanış olmaq xarakteri daşıdığını bildirən S.Məmmədxanov islahatların uğurla həyata keçirilməsində ictimai nəzarətin rolunun mühüm olduğunu vurğulayıb.Çıxış edən ekspertlər görüşün keçirilməsinin vətəndaş cəmiyyəti üçün əhəmiyyətli xarakter daşıdığını vurğulayaraq sərəncamın vergi islahatlarının təkmilləşdirilməsi sahəsində yeni mərhələnin əsasını qoyduğunu qeyd ediblər. Onlar sərəncamın icrası ilə bağlı təkliflərini səsləndirərək, yeni vergi islahatlarında müasir texnologiyaların tətbiqinin daha da genişləndirilməsi, bir sıra istiqamətlərdə, o cümlədən, nağdsız hesablaşmalar sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, sərəncam vergi sisteminin beynəlxalq praktikaya tam uyğunlaşması, vergi yükünün ciddi şəkildə azalması, vergi nəzarətinin sadələşdirilməsi, pərakəndə ticarətdə növü üzrə çalışanların gəlirlərinin stimullaşdırılması, ölkədə nağdsız hesablaşmaların genişlənməsi kimi mütərəqqi addımlara yol açacaq.Görüş müzakirələrlə davam etdirilib və həyata keçiriləcək islahatlarla bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info