Kürdəmirin Carlı kəndinə təbii qaz verilib
Tarix: 10.08.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda 221 yaşayış evinin olduğu Carlı kəndinə “mavi yanacaq” verilib. Kəndin qazlaşdırılmasında 25 min 456 metrlik müxtəlif diametrli metal və polietilen borulardan istifadə olunub. Avqustun 10-da kəndə təbii qazın verilməsi təntənəli mərasimlə qeyd olunub. Mərasimi açan rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov mərasimdə çıxış edərək regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar Kürdəmirdə görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Vurğulayıb ki, hazırda Muradxan, Mollakənd və Türkədi kəndlərində qazlaşdırma işləri davam edir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də təbii qaz veriləcək. Habelə ilin sonunadək Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Eldar Səlimzadə təbii qazdan istifadə qaydaları barədə məlumat verib.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
Qeyd edək ki, Kürdəmir rayonu üzrə 62 yaşayış məntəqəsindən Carlı kəndi də daxil olmaqla, 55-i qazlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info