Ərdoğanın Moskvaya səfəri Almaniya KİV-lərini antitürk ritorikasını dəyişməyə məcbur edib
Tarix: 10.08.2016 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


AFR-nin xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib: “Keçən il Rusiya ilə Türkiyə arasında münasibətlər pisləşəndən sonra bu gün onların yenidən yaxınlaşması yaxşı haldır”. Nazir bir qədər həyəcanlı şəkildə əlavə edib: “Eyni zamanda, mənim fikrimcə, bu ölkələrin münasibətləri o dərəcədə yaxşılaşmayacaq ki, Rusiya təhlükəsizlik sahəsində Türkiyənin NATO-da tərəfdaşlığına alternativ təklif edə bilsin”.
AFR nazirinin rəsmi nümayəndəsi Savsan Çebli Berlində mətbuat konfransında deyib: “Türkiyə alyans çərçivəsində mühüm tərəfdaş olub və yenə belədir”. Lakin S.Çebli dərhal Şimali Atlantika bloku ölkələrinin ictimaiyyətini sakitləşdirməyə çalışaraq sözünü belə tamamlayıb: “Buna görə hazırda biz Türkiyə ilə Rusiya arasında münasibətlərin bərpa olunmasının və onların yenidən yaxınlaşmasının NATO daxilində əməkdaşlıq üçün hər hansı nəticələr doğuracağını əsas götürmürük”.
AFR-in müdafiə naziri Ursula fon der Lyayen də ehtiyatlı şəkildə ümidvar olduğunu bildirib ki, Türkiyə kimin tərəfindən olmaq lazım olduğunu, zəruri halda kimlərin onunla müttəfiqlər olacağını və onların Türkiyə üçün nə qədər vacib olduğunu yaxşı bilir”.
Almaniya hökumətinin Rusiya ilə ictimai əməkdaşlıq məsələləri üzrə müvəkkili Hernot Erler də Ərdoğanın Putinin yanına səfərini dramatikləşdirmək üçün əsas görmür və bildirir ki, bu iki dövlət arasında münasibətlərdə problemlər olmasına görə sevinməyi heç vaxt düzgün hesab etməyib.
Erlerin fikrincə, avropalıların Moskva ilə Ankara arasında münasibətlərdə “buzlaşma dövrü”nün aradan qaldırılmasında obyektiv marağı var, çünki bu vəziyyət bəzi beynəlxalq problemlərin həllində irəliləyişə nail olmağa əngəl törədir. Erler belə problemlər sırasına Suriya və Dağlıq Qarabağ münaqişəsini də aid edib.
Erlerin fikrincə, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasının əsas motivləri iqtisadi sahədədir. O xatırladır ki, sanksiyalar tətbiq edilənə qədər Rusiyada yeyilən hər iki pomidordan biri Türkiyədən gəlirdi, Türkiyə çimərliklərində isə dörd milyona yaxın rusiyalı istirahət edirdi.
Turistlər və pomidor məsələsindən əlavə, dondurulmuş “Türkiyə axını” qaz kəməri layihəsi və Türkiyənin cənubunda Rusiya tərəfindən “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin uzanması amili də göz qabağındadır. Almaniyalı analitiklərin fikrincə, AES ilə bağlı ciddi problemlər olmayacaq, amma qaz kəməri çəkilişi yenə sual altındadır, çünki Türkiyə Rusiya qazının Aİ ölkələrinə nəql edilməsində tranzit ölkə roluna marağını çoxdan itirib.
Ümumiyyətlə, müşahidəçilər çoxdan qeyd edirlər ki, Ərdoğanın Moskvaya səfəri və onun Vladimir Putinə “dostum” deyə müraciət etməsi Almaniya KİV-lərində çaşqınlıq yaradıb. İndi onlar özlərinin yaxın vaxtlara qədər üstünlük verdiyi antitürk ritopikasından mümkün qədər uzaqlaşmağa çalışırlar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info