“Rusiya və Azərbaycan Türkiyənin Qarabağ məsələsinə töhfə verməsini istəyir”
Tarix: 10.08.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


“Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatının yaradılması ilə bağlı Azərbaycana son səfərim zamanı müzakirələr aparılıb”. 
“Anadolu agentliyi”nin verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
O bildirib ki, Azərbaycanda buna çox müsbət yanaşılıb: “Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı bu barədə müzakirələr aparılıb, Putin də buna müsbət yanaşdığını deyib. Bizim Balkanlarda, həmçinin Türkiyə və Azərbaycanın mərkəzdə olduğu bir sıra üçtərəfli mexanizmlər gözəl şəkildə işləyir. Müzakirə olunmalı bir sıra iqtisadi, siyasi mövzular, regional layihələr var”.
 
Nazir qeyd edib ki, hazırda Qafqazın təhlükəsizliyinə ciddi təhdid olan Qarabağ problemi mövcuddur: “Biz bu məsələnin həlli üçün əvvəllər də səy göstərdik. Rusiya hazırda ciddi səylər göstərir. Bunlar həm ATƏT-in Minsk qrupunun, həm də Putinin şəxsi səyləridir. Sankt-Peterburqda üç prezidentin iştirakı ilə görüş baş tutub. Rusiyanın təkliflərinə baxdıqda, görürük ki, bu bizim illər öncə Ermənistana etdiyimiz təkliflərdir. Rusiya və azərbaycanlı qardaşlarımız Türkiyənin bu məsələyə töhfə verməsini istəyir. Biz də regionun təhlükəsizliyi və gələcəyi üçün bu məsələnin həlli istiqamətində üzərimizə düşəni edəcəyik. Üçtərəfli mexanizm çərçivəsində də bunu birlikdə dəyərləndirmə imkanımız olacaq”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info