“Prezidentlərin Bakıda keçirilən zirvə görüşü tarixdə yeni bir səhifə açdı”
Tarix: 10.08.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən zirvə görüşü tarixdə yeni bir səhifə açdı”. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir, regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, eyni zamanda, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq.
Deputat qeyd edib ki, hər üç ölkə bir-biri ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdirlər: “Bu üç dövlət tarixən bir-birinə yaxın olan və qonşuluq münasibətlərini yüksək qiymətləndirən ölkələr olub. Azərbaycan həmişə çətin dövrlərdə Rusiya və İranın yanında olub. Vaxtilə İrana və Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsinə öz qəti etirazını bildirib. Hazırda da hər iki ölkə ilə münasibətləri yüksələn xətt ilə inkişaf edir”.
A.Mirzəzadə həmçinin vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və üç ölkə başçısının iştirakı ilə Cənubdan Şərqə qədər böyük bir nəqliyyat dəhlizinin qurulması barədə razılığa gəlindi: “Bu nəqliyyat dəhlizinin yaradılması Rusiya və İran bazarlarının bir-birinə yaxınlaşmasına kömək edəcək. Azərbaycandan keçmədən digər bir yolla bu iki ölkənin əlaqə saxlaması böyük iqtisadi, coğrafi çətinliklər yaradır. Eyni zamanda, bu yolla İran məhsulları Avropa bazarına, Rusiya məhsulları isə Asiya bazarına asanlıqla çıxa bilər”.
Deputat bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkcə iqtisadi deyil, eyni zamanda siyasi əhəmiyyəti var: “Çünki nəqliyyat dəhlizi özünün ardınca onlarla digər sahənin inkişafına, humanitar əlaqələrin güclənməsinə və dəhlizin işləməsi üçün siyasi sabitliyin, mehriban qonşuluq siyasətinin yaranmasına gətirib çıxarır”.
A.Mirzəzadə bildirib ki, gələcəkdə digər ölkələr də bu layihəyə qoşulmaqda maraqlı ola bilər: “Türkiyə, Pakistan, Hindistan və digər ölkələr də gələcəkdə bu layihədə iştirakları barəsində artıq indidən fikirlərini bildiriblər”.
A.Mirzəzadə vurğulayıb ki, ümumi götürdükdə, bu yeni üçtərəfli format xalqların rifahına, sülhün bərqərar olmasına, sabitliyin qorunmasna, ölkələr arasında və regionda iqtisadi əməkdaşlığın daha da güclənməsinə, ticarət dövriyyəsinin artmasına və digər sahələrdə əlaqələrin inkişafına xidmət edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Bugünkü Azərbaycan gəncliyi Ulu öndərin qoyub getdiyi ideyaların ən güclü daşıyıcılarıdır”
22.11.2018
Azərbaycan və Rusiya Xəzərin hüquqi statusunu müzakirə ediblər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info