Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyində 40-a yaxın idmançı iştirak edib
Tarix: 10.08.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhər İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışda 2 yaş qrupunda 40-a yaxın idmançı iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, yarışın keçirilməsində məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq, üzgüçülük idman növünü inkişaf etdirmək və məktəblilər arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
Yarışın yekun nəticəsinə əsasən, 12-13 yaşlı idmançılar arasında Amil Kətanov, 9-11 yaşlı idmançılar arasında İsmayıl Yaqubov bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info