«EL» cəmiyyət üçün əhəmiyyət kəsb etmədiyindən heç bir rezonans doğurmadı
Tarix: 13.03.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Mübariz Qurbanlı: “EL” hərəkatı 6-7 aydan sonra “YES”-in gününə düşəcək”

Siyasi karyerası ərzində böyük zəhmət hesabına qazandığı renaqat imicini dəyişməyə çalışan, amma heç bir nəticəyə nail ola bilməyən Eldar Namazov, nəhayət ki, «EL» hərəkatını elan etdi. Yeni birlik yaradacağını aylar öncə elan edən, amma heç cür elan edə bilməyən Namazov təxirəsalmalar seriyasını sona çatdıra bildi. Özünü cəmiyyətə «demokrat», «politoloq» kimi təqdim etməyə çalışan Eldar Namazov «ziyalılar formu»nun şinelindən sivişib çıxaraq yeni hərəkatla siyasi səhnədə boy göstərməyə çalışır. Təqdimat mərasimində reneqat tərəfindən səsləndirilən fikirlər əslində onun əsl məqsədinin nə olduğunu gün kimi ortaya qoyur. Özünün də etiraf etdiyi kimi məqsəd qarşıdan gələn prezident seçkiləri dövründən maksimum şəkildə yararlanmaqdır. «Seçki qabağı mühiti dəyişmək» fikrinin ortaya atılması da bu məqsədin pərdələnməsidir. «Ziyalılar forumu»nda olarkən seçki dövründə aktiv şəkildə kampaniyada iştirak edə bilməyəcəyini yaxşı anlayan Eldar Namazov reneqatlıq damarını işə salaraq bu dəfə də «ziyalıların» düşərgəsinə xəyanət etdi.
«Politoloq» doğru hesabladı ki, seçki dövründə xarici təşkilatlardan maliyyə yardımı almaq üçün «ziyalılar forumu»nun çərçivəsi kifayət deyil. Müsavat və AXCP arasında bölüşdürüləcək maliyyəyə şərik olmaq üçün mütləq yeni hərəkat yaratmaq və özünü potensial namizəd kimi təqdim etmək lazımdır. Elə təkcə Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbərinin proseslərə xərcləmək üçün 2 milyon dollar ayırması ilə bağlı gündəmdə olan məlumat xaricdəki şübhəli mənbələrdən radikal düşərgəyə yönələn maliyyə axınının nə qədər böyük rəqəmlərlə ifadə olunduğunu iddia etməyə əsas verir. Reneqat Namazov da belə böyük paydan kənarda qalmaq istəməyərək «EL» kimi həmin paya şəriklik edəcək. Əgər xəyanətkar Namazovun məqsədi doğrudan da, demokratiya və seçki qabağı mühiti dəyişməkdirsə, onda bunu elə radikal düşərgədə təmsil olunan partiyalara qoşulmaqla da etmək olardı. Elə özləri bar-bar bağırırlar ki, seçki dövründə müxalifətin birliyinə ehtiyac var. Adı olub, özü olmayan bu birliyə daha bir bir zərbəni də elə Namazov vurdu. İsa Qəmbər və Əli Kərimlinin təqdimat mərasimindəki soyuq çıxışları da onlara yeni şərik gəlməsinin yaratdığı qıcıqla bağlı idi. Namazov son vaxtlar bir yerdə olduğu görüntüsü yaratdığı radikal düşərgəyə asanlıqla reneqatlıq edərək guya yeni qüvvə kimi meydana atılıb. Bu «yeni qüvvə»nin kimlərdən ibarət olduğu və harada olduğu məlum deyil. Guya respublikanın 30-dan çox rayonunda nümayəndələri olan birliyin həmin təmsilçilərinin yerin altındamı, yoxsa üstündəmi olduğu bəlli deyil. Ay Namazov xalq sənin əsl simanın və məqsədinin nə olduğunun yaxşı bilir. Xalq yaxşı bilir ki, sənin də məqsədin Əli Kərimli və İsa Qəmbər kimi ölkədə qarışıqlıq yaratmaq, milli maraqlara zərbə vurmaq və bunun müqabilində xaricdəki mənbələrdən maliyyə qoparmaqdır. Hər addımda ətrafındakılara xəyanət edən, silahdaşlarını mübarizədə tək qoyaraq asanlıqla düşərgə dəyişdirən biri kimi sənin «politoloq» kimi siyasi proqnoz vermə qabiliyyətinin gücü ancaq buna çatır. Tükənmiş, siyasi kapitalını tamamilə xərcləmiş köhnə simaların yeni ad altında ortaya atılması uğursuz və mənasız cəhd olmaqla yanaşı, müvəqqəti xarakter daşıyır. Amma son bir neçə gün ərzində baş verən bəzi hadisələr sübut edir ki, Eldar Namazov nəinki bütöv cəmiyyəti, heç 5-10 adamı bir araya gətirməyə, onlara rəhbərlik etməyə, siyasi dözüm nümayiş etdirməyə, azad sözə, tənqidə hörmət etməyə qadir deyil. Sən necə böyük hərəkat yaradıb, lider olmaq, «el»ə rəhbərlik etmək sevdasına düşmüsən ki, hüquq müdafiəçisi Eynulla Fətullayevin bir məqaləsinə qarşı nə dözüm göstərə bildin, nə də məqalədə səsləndirilən faktlar qarşısında duruş gətirə bildin. Siyasi panika şəraitində özünü «sudan quru çıxarmağa», əks-hücuma keçməyə cəhdlər etdin. Bir Eynulla Fətullayevin məqaləsi qarşısında bu hala düşən şəxs «el»i necə bir araya gətirəcək? Digər tərəfdən «EL»in yaranması cəmiyyətdə heç bir rezonans doğurmayıb. Çünki bu hadisə cəmiyyət üçün heç bir əhəmiyyət kəsb etmir. Belə bir hərəkatın yaranması haqqında informasiya siyasi partiya təmsilçiləri və mətbuatın çərçivəsi isə məhdudlaşır. Ona görə «politoloq»un təqdimatda səsləndirdiyi fikirlərin yayılma dairəsi kirayələdikləri ofisin qapısına qədərdir. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı da bu məqamları nəzərdə tutaraq bildirib ki, onların fikirlərini, verdikləri siyasi mesajları yalnız mətbuat eşidir: «Bizim üçün heç bir əhəmiyyəti yoxdur, kim nə yaradır, yaratsın. Onların fikirlərini, verdikləri siyasi mesajları da yalnız mətbuat eşitdi. İctimaiyyət, ümumiyyətlə, siyasi mesajları eşitmədi. Mənasız siyasi mesajlar verirlər, siyasi teatr düzəldirlər. Qoy yığışsınlar, «el», «tel», «sel» yaratsınlar, nə ad qoyurlar, qoysunlar». Millət vəkili qeyd edib ki, biz demokratik ölkədə yaşayırıq və demokratik ölkədə hakimiyyətdə, yaxud da müxalifətdə olmaq seçimi də hər bir kəsin özünə məxsusdur: “Niyə elə fikirləşirlər ki, «EL» hərəkatı yaradıb cəmiyyətin bir hissəsini öz arxalarınca apara bilərlər? Amma mən proqnoz verirəm ki, cəmiyyətin heç bir hissəsini öz arxalarınca apara bilməyəcəklər. Ora toplaşanlardan da 3-4 aydan sonra 2-3 nəfəri qalacaq, bir azdan sonra tədbirə toplaşanlar da yoxa çıxacaq və 6-7 aydan sonra yetim gününə düşəcək».
M.Qurbanlı onu da əlavə edib ki, «EL» hərəkatı 6-7 aydan sonra «YES»-in gününə düşəcək: «Eldar Namazov «YES»də tək qalmışdı. Bir azdan sonra da «EL» təşkilatında Eldar Namazovla bir-iki adam qalacaq və məlum olacaq ki, «EL» təşkilatı artıq fəaliyyət göstərmir. Azərbaycanda son 20 ildə yüzlərlə belə təşkilatlar hay-küylə yaradılıb, amma sonra yoxa çıxıb».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info