Azərbaycandan Türkiyədəki çevriliş cəhdində yaralananlara yardım
Tarix: 10.08.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Azərbaycan iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı yaralananların müalicəsi üçün qardaş ölkəyə 100 min dollar yardım edib.
 ”Haberler.com” saytının verdiyi məlumata görə, bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 100 min dollarlıq çeki Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramana təqdim edib.
 
Türkiyə parlamentinin sədri Azərbaycan xalqına təşəkkür edib.
 
Türkiyə dini işlər naziri Mehmet Görməz, Rusiya Müsəlmanları Dini İdarəsi və Müftilər Şurasının sədri Ravil Qaynutdinovun da iştirak etdiyi görüşdə İ. Kahraman iyulun 15-də Türkiyənin böyük bir bəladan qurtulduğunu, xalqın ilk dəfə meydanlara çıxaraq çevrilişə qarşı mübarizə apardığını, ölkədə hərbi çevrilişlər dönəminin qapandığını vurğulayıb.
 
Türkiyənin böyük bir imtahan verdiyini söyləyən QMİ sədri deyib ki, Azərbaycan xalqı Türkiyə xalqı ilə eyni üzüntüləri paylaşır, duaları ilə Türkiyənin yanındadır.
 
O, hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
 
Nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisini gəzib, çevriliş cəhdi zamanı parlament binasının bombalanmış qisminə baxıblar.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info