“Neftin qiyməti 70 dollardan aşağı olmamalıdır”
Tarix: 10.08.2016 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Venesuela prezidenti Nikolas Maduro Rusiya və OPEK ölkələri rəhbərləri ilə danışıqlar aparır
Latın Amerikası ölkələri rəhbərləri "qara qızıl"ın bir bareli üçün satış qiymətinin 70 dollardan aşağı olmamasını düşünürlər. Bu günlərdə Latın Amerikasının neftlə zəngin ölkələrindən biri olan Venesuela Rusiya və OPEK-in bir sıra dövlətləri ilə birgə neft qiymətlərinin sabitləşdirilməsi üçün məsləhətləşmələrə başlayıb.
Venesuela prezidenti Nikolas Maduronun bildirdiyinə görə, artıq bu məsələ barədə Səudiyyə kralı Salman bin Əbdüləziz Al Səud ilə müzakirələr apararaq, bu barədə Rusiya prezidenti Vladimir Putini də məlumatlandırıb. Verilən məlumata görə, hazırda Ekvador prezidenti Rafael Korrea ilə müzakirələr aparan Nikolas Maduro yaxın günlərdə Qətər əmiri Hamad bin Xəlifə Al Tani və İran prezidenti Həsən Ruhani ilə də danışıqlar aparacağını planlaşdırır. Venesuela prezidentinin bu danışıqlara cəhd etməsinin əsas səbəbi kimi, dünya bazarında neftin qimətinin sabitləşməsində bu dövlətlərin rəhbərlərindən kömək ummaqdır. Nikolas Maduronun fikrincə, neftin bir barel satış qiyməti 70 dollardan aşağı satılmamalıdır. Bu arada, dəqiq desək, dünən neft bazarında yeni enmələr müşahidə edilib. Belə ki, «Brend» markalı neftin bir bareli üçün 44,85 dollar təklif edilib. Qeyd edilməlidir ki, hələ bu ilin əvvəlindən başlayaraq dünyanın bu sahə üzrə məşğul olan iqtisadçıları 2016-cı ildə neft qimətinin sabitləşəcəyi barədə proqnozlar verirdilər. Məsələn, «Capital Economics»in beynəlxalq iqtisadçısı Andrev Kenniinqham güclü beynəlxalq tələblə bərabər, neft qiymətlərinin sabitləşəcəyini iddia edirdi. O, neft bazarında qiymətlərin sabitləşəcəyinə başlıca səbəb kimi, Çin iqtisadiyatının inkişaf edəcəyini və bu sahədə lokomotiv rolu oynayacağını iddia edirdi. Lakin, hələ ki, bu proqnozlar özünü doğrultmamaqdadır. Xatırladaq ki, hələ 1977-ci ildə Konqres tərəfindən yaradılan ABŞ-ın Enerji Departamentinin statistika agentliyi «qara qızıl»ın satış və istehsalı ilə bağlı proqnozlar verməklə məşğuldur. Departamentin 2016-cı il üçün verdiyi proqnoza görə, «qara qızıl»ın orta qiyməti bir barel üçün 41,6 dollar, 2017-ci ildə isə karbohidrogenlərin gün ərzində ABŞ-da 8.31 milyon barel çıxarılacağını proqnozlaşdırıb. Bir məqamı da qeyd edək ki, sanksiyaların ləğvindən sonra dünya bazarına bəyük həcmdə neft çıxaran İran neft ixracını sanksiyalardan əvvəlki səviyyəyə çatdırıb. “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti İshaq Cahangiri məlumat verib. O bildirib ki, hazırda ölkəsinin neft ixracı gündəlik 2,5 milyon bareldir. Bu həcm neft bazarında İranın payının sanksiyalardan əvvəlki səviyyəyə qayıtması deməkdir. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı isə iyulda rekord səviyyədə xam neft hasil edib. “Bloomberght.com” xəbər verir ki, Səudiyyə Ərəbistanı ötən ay gündəlik 10,67 milyon barel olmaqla rekord həcmdə neft çıxarıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info