“Üçtərəfli əməkdaşlıq Azərbaycanın regionda lider ölkə olmasını bir daha sübuta yetirdi”
Tarix: 10.08.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Azərbaycan-İran-Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının qurulması yeni geosiyasi mühit yaradıb. Üç qonşu ölkənin yeni formatda əməkdaşlığı istər siyasi, istərsə də iqtisadi baxımdan əhəmiyyətli perspektivlərə yol açacaq. Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev qəzetimizə müsahibəsində bu əməkdaşlığın perspektivlərindən danışıb.

- Azərbaycan-İran-Rusiya arasındakı üçtərəfli əməkdaşlıq formatının hansı potensialı var?
-Bu üç ölkənin birlikdə böyük layihələrə imza atması nəinki Azərbaycan-İran-Rusiya, həmçinin region və dünya üçün böyük əhəmiyyətə malikdir. Bu, həm iqtisadi, həm də siyasi baxımdan belədir. Müasir dövrün tələblərinə uyğun olaraq zamanın yeniliklərindən maksimum yararlanmaq lazımdır. Belə ki, hər üç ölkə və daha sonra bu üçlüyə qoşulub kəmiyyət və keyfiyyətcə bu birliyi gücləndirəcək ölkələr dünyanın tranzit mərkəzlərinə çevriləcəklər. Bildiyimiz kimi, "Bakı-Tblisi-Qars" dəmir yolu xətti bu ilin sonuna kimi təhvil veriləcək və möhtəşəm layihə Azərbaycan dövlətinin ideyası əsasında formalaşıb və layihə birbaşa Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarəti altında həyata keçirilib. Bu layihə yalnız Azərbaycan-Gürcüstan-Türkiyə deyil, həm region, həm də dünya ölkələri üçün böyük əhəmiyyətə malikdir. Bu layihəyə cənab Prezidentin ideyası əsasında "Şimal-Cənub Nəqliyyat Dəhlizi" adlı möhtəşəm layihə də qoşulacaq və burada ilk olaraq Azərbaycan-İran-Rusiya-Hindistan dövlətləri iştirak edir, daha sonra isə başqa dövlətlər də bu layihəyə daxil ola bilər. Layihə başa çatdıqdan sonra isə həmin coğrafiyada yerləşən dövlətlər bu layihədən yararlanacaqlar və o ölkələrin iqtisadi yükləri bu dəmir yolu xətti ilə Qərbə asanlıqla, təhlükəsiz şəraitdə, ən qısa zamanda və ən sərfəli qiymətə daşınacaq. Bütün bunlar olacaq müsbət məqamların bir qismidir. Daha da böyük uğurlar olacağını indidən əminliklə demək mümkündür.
- Bu əməkdaşlıq formatı geosiyasi duruma nə kimi təsir edə bilər?
-Bu əməkdaşlıqdan, təbii ki, bir çox ölkələr narahat olacaq və yəqin ki, mane də olmaq istəyəcəklər. Çünki bu üç ölkənin birlikdə bu cür əməkdaşlıq qurması, iqtisadi və siyasi güclərini birləşdirməsi və nəhayət, bu birliyə bizim üçün qardaş olan ölkələrin qoşulması daha da böyük bir uğura gətirib çıxaracaq. Mən düşünmürəm ki, bu əməkdaşlıq tez bir zamanda əldə olunan bir razılıq əsasında olub, hesab edirəm ki, uzun illər ərzində Azərbaycan dövlətinin apardığı uğurlu strategiyanın və şəxsən cənab Prezident tərəfindən aparılan uğurlu və məqsədyönlü siyasətin nəticəsidir. Bu əməkdaşlıq Azərbaycanın regionda lider ölkə olmasını bir daha sübuta yetirdi.
- Bunun beynəlxalq effekti nədən ibarətdir?
-Azərbaycan və bu əməkdaşlıqda olan digər ölkələr üçün yeni imkanların yaranması, yeni qapıların açılması baş verəcək. Hər üç ölkə çalışacaq ki, imzaladıqları sənədlərin tez bir zamanda icrasına nail olsunlar və başqa digər qonşu ölkələri də bu əməkdaşlığa cəlb etsinlər. Açıq qeyd etmək lazımdır ki, bu əməkdaşlıqdan Azərbaycan yaxşı mənada yararlanacaq və Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda ədalətli və beynəlxalq hüquq normalarına uyğun formada həllinə nail olacaq. Azərbaycanın həm siyasi, həm də iqtisadi gücü daha da artacaq. Ümumilikdə isə hər üç ölkənin dünyanın tranzit mərkəzlərinə çevrilməsi baş verəcək və bu coğrafiyada olan ölkələr öz iqtisadi yüklərini bu dəmir yolu xəttti ilə daşımaqla həm də bir növ bu ölkələrin dostu olmağa məcbur olacaqlar. Digər sahələrdə də bu üç ölkənin daha da yaxşı əməkdaşlığı qurulacaq ki, bu da hər üç ölkə üçün çox əhəmiyyətlidir. Beynəlxalq təşkilatlarda da bu üç ölkənin əməkdaşlığı daha da möhkəmlənəcək ki, bu da gələcəkdə hər üç ölkənin yalnız xeyrinə işləyəcək məqamlardır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info