Boksçularımız növbəti mərhələyə yüksəlib
Tarix: 11.08.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. Mərakeş təmsilçisi Məhəmməd Arjoui ilə qarşılaşan boksçumuz rinqdən qalib ayrılıb və növbəti mərhələyə adlayıb. Azərbaycanı 60 kiloqram çəki dərəcəsində təmsil edən Albert Səlimov da ilk görüşünə çıxıb.İrlandiyalı David Oliver Coys ilə qarşılaşan boksçumuz görüşünü qələbə ilə tamamlayıb və dörddəbir final mərhələsinə yüksəlib.
Kamran Şahsuvarlı da “Rio-2016” Yay Olimpiya Oyunlarının dördüncü günündə keçirdiyi ilk qarşılaşmasını qələbə ilə başa vurub. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/16 final mərhələsində çinli Minqqanq Cao ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən K.Şahsuvarlı səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb. K.Şahsuvarlı Rio Olimpiadasına lisenziyanı Bakıda keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində təmin etmişdi. Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırıb. Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) də Olimpiadada ilk qarşılaşmalarında qələbə qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azar “Real“a keçməyə razılıq verib
23.03.2019
Əliyar Ağayev Polşa – Latviya oyununa təyinat alıb
23.03.2019
PSJ Ander Herreranı transfer edir
23.03.2019
Rafael Varan “Real“dan yayda ayrılmaq istədiyini söyləyib
22.03.2019
Mbappe İspaniyaya keçir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info