Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək
Tarix: 11.08.2016 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Noyabr ayında Bakıda Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri baş tutacaq. 
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, noyabrın 22-24-də “Baku Expo Mərkəzi”ndə “RecExpo II” – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək.
“RecExpo II” sərgisində Azərbaycandan və xarici ölkələrdən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. 
Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir. 
Sərginin iştirakçı siyahısına daşınmaz əmlakı inkişaf etdirən şirkətlər, daşınmaz əmlak satışı ilə məşğul olan firmalar, banklar, iri investorlar, səfirliklər, yerli və xarici şirkət nümayəndələri daxildir. Sərgi həmçinin əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə əlverişli imkanlar yaradacaq. Bu fəaliyyət bir çox ölkənin daşınmaz əmlak mütəxəssislərini və sektorla əlaqədar hər kəsi bir yerə toplayacaq, o cümlədən xüsusi fürsətlər təqdim edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info