ARDNŞ neft hasilatının artırılması ilə bağlı xüsusi proqram hazırlayır
Tarix: 13.03.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən ölkədə neft hasilatının artırılması ilə bağlı proqram hazırlanır və onun reallaşdırılmasına artıq aprel ayının əvvəlində başlanacaq. Bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bəyan edib. R.Abdullayev bildirib ki, bu layihənin həyata keçirilməsi nəticəsində ARDNŞ-in neft yataqlarında hasilatı ildə 1-2 mln. ton artırmaq mümkün olacaq. Hasilatın artırılması üzrə işlər ARDNŞ-in köhnə dəniz yataqlarında, o cümlədən «Neft Daşları», «28 May», «Nərimanov» və «Abşeron» dəniz sahələrində aparılacaq. Hasilatın artımına yeni texnologiyaların tətbiqi ilə nail olunacaq. R.Abdullayev bəyan edib ki, ARDNŞ tərəfindən bu həftənin əvvəlində baş verən avrobondların yerləşdirilməsindən daxil olan vəsaitləri əvvəlki kreditlərin qaytarılması ilə yanaşı, neftin hasilatının artırılması üçün istifadə ediləcək. Rövnəq Abdullayev qeyd edib ki, ARDNŞ balansında olan torpaq ərazilərində qanunsuz tikililərlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq neft hasilatı üçün yararlı olmayan torpaq sahələrini Bakı Şəhər İcra Hakimiyyətinə qaytaracaq. Rövnəq Abdüllayevin sözlərinə görə, hazırda bununla bağlı aparılan araşdırmalar yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda araşdırmaların nəticələri ölkə hökumətinə təqdim olunacaq.ARDNŞ prezidenti vurğulayıb ki, paytaxtın bəzi ərazilərindəki torpaq sahələrinin gələcək istifadəsi ilə bağlı qərarlar artıq bu il veriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info