“Avropa Gənclər Paytaxtı-2019“a seçilmiş şəhərin adı oktyabr ayında açıqlanacaq
Tarix: 11.08.2016 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


5-8 avqust 2016-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüsseldə keçirilən Avropa Gənclər Paytaxtlarının koordinatorlarından ibarət fokus qrupun görüşündə iştirak edib.
Görüşün məqsədi "Avropa Gənclər Paytaxtı 2019" titulunu əldə etmək üçün müraciət etmiş şəhərlərin ərizələrinin nəzərdən keçirilməsi və rəylərin verilməsi olmuşdur.
Avropa Gənclər Forumu tərəfindən keçirilən görüşlər Avropa Gənclər Paytaxtının seçim prosesi çərçivəsində təşkil olunur. Görüş zamanı indiyə kimi seçilmiş Avropa Gənclər Paytaxtlarından nümayəndə heyətləri iştirak edib. Qrup tərəfindən "Avropa Gənclər Paytaxtı 2019" titulunu əldə etmək üçün müraciət edən 12 şəhərdən 5 namizəd şəhərin, Fransanın Amiens, Şimali Kiprin Deri və Strabana, Böyük Britaniyanın Mançester, Serbiyanın Novi Sad, İtaliyanın Perugiya kimi şəhərlərin ərizələrinə baxılıb və rəylər bildirilib. Qeyd edək ki, "Avropa Gənclər Paytaxtı 2019" seçilmiş şəhərin adı oktyabr ayında açıqlanacaq.
Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən 2009-cu ildə təsis olunub. Hər il təşkilat tərəfindən 1 şəhər Avropa Gənclər Paytaxtı seçilir və 1 il müddətində bu şəhər Avropanın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edir. 2014-cü ildə Yunanıstanın Soloniki şəhərində keçirilən təntənəli tədbirdə Gəncə şəhəri 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilib. ARGTMŞ Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı yaradılmış təşkilati komandanın işində yaxından iştirak etmiş, Avropa səviyyəsində bu prosesi dəstəkləmiş və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.

Fuad





 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb
10.12.2018
“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb
10.12.2018
Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir
10.12.2018
“Xeyirxah” işarə dilində ilk forumun keçirilməsinə hazırlaşır
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklərkimlərin xeyrinə olacaq?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info