Ağstafada ilin sonunadək qazlaşdırma 100 faizə çatdırılacaq
Tarix: 11.08.2016 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında qışa hazırlığın vəziyyəti müzakirə olunub.
Şura iclasında çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun qışa hazırlığı sahəsində ilboyu təxirəsalınmaz tədbirlərin görüldüyünü qeyd edib. Bildirilib ki, sakinlərin qaz, işıq və içməli su ilə təminatında heç bir problem olmamalı, havaların soyuması kommunal və xidmət təşkilatlarının işində fasilələr yaratmamalıdır. Ötən aylar ərzində rayon icra hakimiyyəti tərəfindən Ağstafa şəhərinin M.Allahverdiyev, C.Cabbarlı, R.Alıcanov və Ş.Qurbanov küçələrində çoxmənzilli yaşayış binalarında giriş bloklarının qapı və pəncərələrinin təmiri və dəyişdirilməsi, blokların əsaslı təmiri, yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi kimi zəruri addımlar atılıb və bu işlər hazırda davam etdirilir. Bir neçə binada istilik sistemi yaradılıb.
Bundan başqa, rayonun qəsəbə və kəndlərinin qazlaşması sahəsində ardıcıl tədbirlər görülüb, qazlaşma 85 faizə çatdırılıb. İlin sonuna kimi rayonda qazlaşmanın 100 faizə çatdırılması hədəf olaraq müəyyən edilib.
Sonda müzakirə edilən məsələ barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info