Masallıda çayçılıq sürətlə inkişaf etdirilir
Tarix: 11.08.2016 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Masallı rayonunda çay əkininə ötən əsrin 40-cı illərindən başlanılıb. 1990-cı illərə qədər təkcə Masallıda 4 min hektara yaxın sahədə çay əkilib. Əkilən sahələrdən ildə 11 min ton yaşıl çay yarpağı yığılıb. Son zamanlar ölkədə aqrar sahədə aparılan islahatların daha da sürətləndirilməsi, yeni fermer təsərrüfatlarının yaradılması, bitkiçiliyin ənənəvi sahələrinin inkişaf etdirilməsi dövlətimizin əsas məqsədlərindən biridir. Bu sahələrin inkişaf etdirilməsi idxaldan asılılığı azaltmağa, ölkənin yerli məhsullarla təminatına imkan verəcək. Aqrar sektorda əsas istiqamətlərdən biri də cənub bölgəsində çayçılığın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Hazırda Azərbaycanda çay, əsasən, Lənkəran, Astara, Masallı və Zaqatala rayonlarında yetişdirilir.Son bir neçə ildə Masallı rayonunda çay sahələrinin bərpası və yeni çay sahələrinin salınması istiqamətində uğurlar əldə edilib. Bu məqsədlə Masallının Kolatan kəndində “Azərsun” şirkəti tərəfindən 100 hektar ərazidə çay plantasiyası salınıb. Plantasiyanın baş aqronomu Şakir Quliyevin sözlərinə görə, Ərazinin Talış sıra dağlarının qoynunda salınmasının başlıca məqsədi buradan yığılan çay bitkisinin daha keyfiyyətli və məhsuldarlığı ilə bağlıdır. Digər bir səbəb isə dağlıq ərazidə nəmliliyin çox olması məhsulun tez yetişməsinə səbəb olur. Buradan yığılan çayla düzən sahədən yığılan çayın tamı fərqlidir.
Hazırda çay sahələrinə aqrotexniki qulluq olunur. Belə ki, plantasiyalar alaq otlarından təmizlənir, çay kollarının dibləri boşaldılır, xüsusi suvarma üsulu ilə hər gün suvarılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info