Masallıda gənclər yeni mediada multikulturalizm mövzusunda bilgiləndirildilər
Tarix: 11.08.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində Masallı rayonunun Masallı Gənclər Mərkəzində müxtəlif sahələri təmsil edən gənclərə və gənc mütəxəssislərə “Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak” mövzusunda təlim keçirib.
Tədbirin açılışında QDİİB sədri İlkin Ağayev həyata keçirilən layihə və onun çərçivəsində reallaşdırılacaq təlimlər barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, bu gün gənclərimiz yeni media vasitəərində, sosial şəbəkələrdə aktiv olsalar da, bu baxımdan bir sıra problemlər var: “Gənclərimizin sözügedən sahədə texniki hazırlıqları olsa da, ideoloji və taktiki baxımdan, onların daha hazırlıqlı, bacarıqlı, məlumatlı və operativ olmasına ciddi ehtiyac duyulur”.
Sonra isə təlimçi, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri Xaqani Səfəroğlu təlimə başlayıb.
Qeyd edək ki, keçirilən təlimdə cənub bölgəsindən olan 20-dən artıq gənc iştirak edib. Burada gənclərə multikulturalizm anlayışının anlaşılmasında, onunla bağlı məlumatların, informasiyaların ayırd edilməsi və dezinformasiyaların yayılmasının qarşısının alınması ilə bağlı biliklər, ictimai və hüquqi məsuliyyət hissinin inkişafı, artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanıb. Həmçinin social və internet mediada bu mövzuda düzgün iştirakın yolları öyrədilib. Gənclərə bu barədə mövcud olan mənbələr və etik davranış qaydaları izah edilib və göstərilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info