Regionda gedən son siyasi proseslər Azərbaycanın milli maraqlarına uyğundur
Tarix: 11.08.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə tarixi bir görüş baş tutmuş oldu. Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda-Heydər Əliyev Mərkəzində üçtərəfli Zirvə görüşü keçirildi. Dünyada və regionda iqtisadi və siyasi vəziyyətin gərginləşdiyi bir dövrdə Azərbaycanın belə bir əhəmiyyətli görüşə ev sahibliyi etməsi təqdirəlayiq bir haldır. Bu tədbirlə Azərbaycan regionda təhlükəsizliyin və mehriban qonşuluq siyasətinin daha da möhkəmlənməsi üçün nümunəvi bir addım atmış oldu.
Görüş zamanı dövlət başçıları hər üç dövlətin və bütövlükdə regionun inkişafına və təhlükəsizliyinə, sabitliyin möhkəmlənməsinə xidmət edən məsələləri müzakirə etdilər. Məhz Azərbaycanın təşəbbüsü ilə yaradılan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı ölkələrimizin tarixində yeni bir səhifə açdı. Tarixən qonşu olan və iqtisadi, siyasi əlaqələrə sahib olan bu üç dövlətin yenidən regionda təşəbbüsü ələ alması, bir-birinə dəstək olması, həm də hər üç dövlət üçün davamlı sabitliyin möhkəmləndirilməsi deməkdir. Nəzərə alsaq ki, müasir dövrümüzün əsas problemi olan radikal terrorizmə qarşı mübarizədə hətta inkişaf etmiş ölkələrin belə, təkbaşına səyləri heç bir nəticə vermir, o zaman bu görüşün əhəmiyyəti xüsusilə artır. Bu üçtərəfli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təminatına çevrilir.
Üçtərəfli görüş zamanı beynəlxalq siyasi prosseslər, regional layihələr, neft-qaz amili, energetika məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyəti, radikal terrorizmə qarşı birgə mübarizə kimi məsələlər müzakirə olundu.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə belə mühüm və əhəmiyyətli tədbirlərin keçirilməsi ölkəmizin regionda gücünün artmasını, söz sahibinə çevrilən bir ölkə olduğunu bir daha göstərdi. Təbii ki, Azərbaycanın qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti regionda həyata keçirilən demək olar ki, bütün iqtisadi, siyasi və digər bu kimi əhəmiyyətli layihələrdən kənarda qalan Ermənistanı narahat etməyə bilməz. Artıq erməni ekspertlərinin özlərinin də etiraf etdikləri kimi üçtərəfli birliyin formalaşması Ermənistanın maraqları üçün ciddi bir təhlükədir. Azərbaycanın Rusiya və İran kimi güclü dövlətlərlə eyni bir əməkdaşlıq formatında yer alması Qarabağ münaqişəsinin həllinin sürətlənməsinə də xidmət edə bilən bir addımdır.
Bir sözlə, Azərbaycanın uğurlu və düşünülmüş xarici siyasətinin nəticəsi olan bu tarixi görüş hər üç ölkənin siyasi və iqtisadi həyatının yüksələn xətlə inkişafını təmin edəcək bir görüşdür. Təsadüfi deyil ki, görüşün beynəlxalq əhəmiyyətini nəzərə alan İran və Rusiya dövlət başçıları belə bir təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlıq hislərini bildirdilər. Bəzi siyasi ekspertlər gələcəkdə Türkiyənin də bu yeni regional formata qoşulacağı ehtimalını irəli sürürlər.Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələyə qədəm qoyması, son hadisələrdə İranın birmənalı şəkildə xalqın seçdiyi Türkiyə iqtidarını dəstəkləməsi bu ehtimalın reallaşa biləcəyinə inam yaradır. Hələliksə Türkiyə Bakı formatına yaxın olan Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı təklifini irəli sürüb. Bütün hallarda regionda gedən son siyasi proseslər Azərbaycanın milli maraqlarına uyğundur. Deməli, ölkə rəhbərliyinin seçdiyi siyasi xətt tamamilə doğrudur.

Aysel İbrahimova
Tarix üzrə magistr




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info