“İşıqlı gələcək naminə erkən nikaha yox deyək!” layihəsi başlanıb
Tarix: 11.08.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Ağazadə İlahə Rasim qızının Fondun maliyyə dəstəyi ilə Bakı şəhəri Xəzər rayonunda həyata keçirdiyi “İşıqlı gələcək naminə erkən nikaha yox deyək!” layihəsinə başlanılmışdır.
Layihə 3 ay müddətində Bakı şəhərində keçirilir. Layihənin keçirilməsində əsas məqsəd erkən nikahın yaratdığı fəsadlar haqqında gənclərin və yeniyetmələrin məlumatlandırılması və erkən nikah hallarının qarşısının alınmasıdır.
Layihə rəhbəri Ağazadə İlahə deyib: ”Layihə Bakı şəhəri Xəzər rayonunda yaşayan və təhsil alan gənclər arasında keçirilir. Xəzər rayonunda yerləşən ali və orta ümumtəhsil məktəblərində tələbələr və yuxarı sinif şagirdləri arasından könüllülər qrupları formalaşdırılmışdır.
Təlimlər “Erkən nikah nədir?”,” Azərbaycan cəmiyyətində erkən nikah problemi” Erkən nikah və onun fəsadları”,“ Erkən nikah və reproduktiv sağlamlıq,” və sair kimi mövzular ətrafında aparılır.
İnanırıq ki, “İşıqlı gələcək naminə erkən nigaha yox deyək!” layihəsində iştirak edən fəal gənclər gələcəkdə keçirilən layihələrə yenidən cəlb olunacaqlar. Biz belə fəal gənclərin müvafiq təlimlərə və tədbirlərə cəlb edilməsinə çalışacağıq.”




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info