“Beş rayon qaytarılsa, Qarabağ nizamlanması daha asan mərhələyə keçəcək“
Tarix: 11.08.2016 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


“5 rayon Azərbaycana qaytarılsa, Dağlıq Qarabağ probleminin nizamlanma prosesinin daha asan mərhələsinə keçəcəyini düşünürəm”. 
“Haberturk”ün verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. APA
O, Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatın yaradılmasın Bakı kimi Moskvanın da müsbət baxdığını bildirib: “Bu mövzu ilə bağlı xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə danışıb. Mən bu barədə Vladimir Putinlə dedim və razılaşdıq. Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bildiyiniz kimi hazırda Qarabağ məsələsi var. Bu məsələ ilə məşğul olan Türkiyənin də daxil olduğu Minsk qrupu başqa nəticələr əldə edə bilərdi. Lakin ABŞ, Rusiya və Fransa olmaqla, yalnız 3 ölkə bu işin içindədir. 23-24 ildir ki, bu məsələni həll etmədilər, ya da həll etmək istəmədilər. Ortada işğal faktı var. Bu işğalı hər kəs qəbul edir. Madam ki, işğal var, bunu niyə həll etmirsiniz? Amma indi bəzi irəliləyişlər var. Vladimir Putin də bu məsələ üzərində işləyir”.
 


Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info