Bu il 350 nəfər vakant dövlət qulluğu vəzifələrinə uyğun sayılıb
Tarix: 11.08.2016 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. TQDK-dan verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev, Kamil Aydazadə və DİM-in İcraçı direktoru Vəfadar Misirov iştirak ediblər. Məlumata görə, iclasın gündəliyi əsas etibarilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) həyata keçirdiyi işlər barədə hesabatın dinlənməsindən ibarət olub. DİM Direkorlar Şurasının sədr müavini B. Xəlilov bildirib ki, Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə 9 fevral, 11 və 18 mart 2016-cı il tarixində elan edilmiş müsabiqə 17 iyul 2016-cı il tarixdə başa çatıb: “Müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb və bu vəzifələrin tutulması üçün 7332 vətəndaş Komissiyada namizəd kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlərin 4603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edib və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılıb.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953 nəfəri bu hüquqdan istifadə edib və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info