İsveçrə şirkəti Azərbaycana turpaketlərin satışına başlayıb
Tarix: 11.08.2016 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Məşhur "Aldi" şirkətinin İsveçrə filialı Azərbaycana qısamüddətli turların satışına başlayıb.
"Report"un İsveçrə bürosu xəbər verir ki, şirkət 2016-cı ilin sentyabr və oktyabr ayları üçün İsveçrədən Azərbaycana beşgünlük səfər təklif edir.
Turpaketin qiyməti təxminən 800 dollardır. Səfər proqramına təyyarə bileti və yüksək səviyyəli hoteldə yerləşdirilmə, eləcə də Bakı və paytaxt ətrafının görməli yerlərinə, o cümlədən Qobustan, Atəşgah və Yanardağa ekskursiya, Bakı buxtasında gəmi ilə səyahət, eləcə də Heydər Əliyev Mərkəzinə ziyarət daxildir.
"Aldi" Azərbaycana əlverişli qiymətlərlə, "hər şey daxil" sistemi ilə ilk dəfə səfər təşkil edəcək və bununla da daha çox avropalı turistin cəlb olunması, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlar açacaq.
Qeyd edək ki, "Aldi" şirkəti bir sıra ölkələrdə alman supermarketlər şəbəkəsi kimi məşhur olsa da, eyni zamanda turizm brokeri kimi də fəaliyyət göstərir. Adətən, şirkət Avropada və dünyada yaxşı tanınan kurort zonalarına turpaketlər satır. Bu pilot layihə də isveçrəliləri yeni və onlar üçün az tanınmış olan turizm bölgələrinə cəlb etmək üçün nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info