“Üçtərəfli görüş “Şimal-Cənub” dəhlizinin inkişafı üçün geniş perspektivlər vəd edir”
Tarix: 11.08.2016 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən görüşü və aparılan danışıqlar həm ikitərəfli, həm regional, həm də beynəlxalq məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Mən bu görüşün “Şimal-Cənub” dəhlizinin inkişafı üçün geniş perspektivlər vəd etdiyini xüsusi vurğulamaq istərdim. Eyni zamanda, bir daha şahid olduq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti həm ərazicə, həm də əhalisinin sayına görə özündən dəfələrlə böyük olan ölkələri bir araya gətirən, əməkdaşlığa cəlb edən bir gücə çevrilməkdədir.”
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.
“Bu görüş həm dövlətimizin dünya siyasətində rolunun artdığının və mövqelərinin möhkəmləndiyinin, həm də dövlətimizin başçısının beynəlxalq şəxsi nüfuzunun göstəricisidir. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi regionun geosiyasətində və geoiqtisadiyyatında müsbət dəyişikliklərə səbəb olacaq, Azərbaycanı “Şimal-Cənub” dəhlizi üzrə birləşdirici həlqə və ya şəbəkə ölkəsinə çevirəcək, Fars körfəzinə, oradan da Hind okeanına çıxmağa imkan yaradacaq. Nəqliyyat-kommunikasiya sistemi yenilənəcək, tranzit yük və sərnişin daşımalarından ölkəmizin büdcəsinə əlavə vəsaitlər daxil olacaq. Həmin vəsaitlər Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılmasına yönəldiləcək, dövlətimizin regiondakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək”,- deyə deputat qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info