«ArmenianReport» : “Ermənistandakı inkişaf barədə deyilənlər reallıqdan uzaqdır”
Tarix: 11.08.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfərinə İrəvandakı münasibətlər müxtəlifdir. Bunu müsbət hal kimi dəyərləndirənlərlə yanaşı, erməni rəhbərinin aciz duruma düşdüyünü deyənlər və buna görə onu ittiham edənlər də az deyil. «ArmenianReport» saytında dərc edilmiş bir yazı da erməni rəhbərinin aciz duruma düşdüyünü reallıqla əks etdirir. Yazıda deyilir : «Hazırda bütün baş verənlərdə Rusiya prezidentinin günahkar olmasını iddia etmək o qədər də
inandırıcı deyil
.
Məsələn, Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyasını ölkəyə yüksək iqtisadi fayda gətirəcəyi kimi dəyərləndirir. Ermənistanın bu təşkilata qəbulundan sonra ölkədə ÜDM 10% artıb. Bunu Rusyia prezidenti Vladimir Putin ermənistanlı həmkarı ilə görüşü zamanı bildirib. Rusiya liderinin sözlərinə görə, bu, çox müsbət göstəricidir. Putin bu müsbət tendensiyanın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib. Lakin bu, səmimiyyətdən uzaq olan bir təsəlli xarakteri daşıyır. Əslində isə Rusiya üçün Ermənistanın müstəqilliyi heç bir əhəmiyyət kəsb etmir. Rusiya üçün Ermənistan adi bir subyekt mahiyyəti daşıyır.
Avrasiya İqtisadi Birliyinə daxil olandan sonra Ermənistandakı inkişaf barədə deyilənlər də reallıqdan uzaq bir mif, sadəcə olaraq kağız üzərindəki mifoloji bir göstəricidir. İqtisadi birliyə daxil olan ölkələrin gözləntiləri məlum olduğu kimi, özünü doğrultmadı. Bunu həm qazaxlar, həm də beloruslar etiraf etmək məcburiyyətində qalıblar.
Təşkilatdan yalnız Rusiya faydalana bilib. Putin belə güman edir ki, Rusiyanın az miqdarda da olsa qazandığı uğura birliyə üzv olan ölkələr sevinməlidir. Səmimi olaraq etiraf edilməlidir ki, Kremlin siyasəti zəhmətkeş erməni xalqına qarşı «ağıl , qəlbində isti təsdiq və anlaşma»ya çağırışdır: «Ermənistan Cənubi Qafqazda bizim strateji tərəfdaşımızdır və biz bu ittifaqın ən həssas xətlərini MDB daxilində daha da inkişaf etdirməkdə davam edəcəyik». Səmimi deyilsə də, erməni xalqı bu sözlərin səmimiyyətinə inanmaq istəmir. Axı, «strateji tərəfdaş» bizi yox, qarşı tərəfi silahlandırır. Bəlkə də sadə xalqın fikri Putin üçün adicə səs ola bilr. Axı onun görüşləri sadə xalqla deyil, prezidentlə olur. Lakin bəla burasındadır ki, erməni prezidenti Serj Sarkisyan bu görüşlər zamanı Moskva və Bakı arasında dərinləşməkdə olan ittifaqa qarşı öz narazılığını ifadə edə bilmir. Rusiya Azərbaycanda vertolyot zavodu açmağa hazırlaşır. Lakin Sarkisyanın buna narazılığı müşahidə edilmir və yaxud erməni prezidenti narazılıq etməkdən çəkinir.
İndi artıq erməni rəhbərinin biabırçı davranışına rəğmən, Putini günahkar saymaq olarmı? Burada daha çox Ermənistanın dövlət rəhbəri günahkar sayılmalıdır. Belə görünür ki, Sərkisyanı hazırda öz xalqının mili marağından çox, şəxsi mənafeyi maraqlandırır. Bu, Ermənisanla yanaşı, erməni xalqının faciəsidir.”
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info