“Türkiyənin Yunanıstandakı hərbi attaşeləri İtaliyaya qaçıb”
Tarix: 11.08.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Türkiyən xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Yunanıstandakı hərbi attaşelərinin ailələri ilə birlikdə bərə ilə İtaliyaya qaçdıqlarını təsdiq edib. 
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, M. Çavuşoğlu deyib ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi polkovnik Halis Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar. 
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyidə həmin gün bu polkovniklərin akkreditasiyalarını ləğv edib. Ancaq bu iki polkovnikin nə zaman Afinadan qaçdıqları bilinmir. Polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə qatılmayıblar. 


Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info