“Türkiyə, Rusiya və Azərbaycan arasında da üçtərəfli əməkdaşlıq mexanizmi yaratmaq istəyirik”
Tarix: 11.08.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Prezident Vladimir Putin ilə görüşümdə müzakirə edilən məsələlərdən biri də Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq mexanizminin qurulması idi. Bu məsələyə Azərbaycan kimi, Rusiya tərəfi də müsbət yanaşdığını bildirdi. Belə bir mexanizm Azərbaycan, İran və Rusiya arasında artıq yaradılıb və Bakıda üçtərəfli Zirvə görüşü keçirilib. İndi biz istəyirik ki, Türkiyə, Rusiya və Azərbaycan arasında da belə bir mexanizm yaradaq.
Türkiyənin “Habertürk” kanalı xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə müzakirə olunan məsələləri şərh edərkən deyib.
Bu məsələ ilə əlaqədar Türkiyənin və Azərbaycanın xarici işlər nazirlərinin müzakirələr apardığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin ilə bu barədə razılığa gəldiklərini qeyd edib: “Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bölgədə Dağlıq Qarabağ problemi var. Bu münaqişənin həllində Türkiyənin da daxil olduğu Minsk qrupu daha səmərəli fəaliyyət göstərə bilərdi. Ancaq Azərbaycandan başqa yalnız üç ölkə Rusiya, Fransa və ABŞ bu prosesdə iştirak edir. Artıq 23-24 il keçib və bu məsələ hələ də həll edilməyib. Təbii, ortada işğal faktı var və bunu hamı qəbul edir. Bir halda ki işğal faktı var, onda niyə məsələnin həlli uzadılır? Ancaq artıq bəzi irəliləyişlər var. Cənab Putin bu məsələdə fəallıq göstərir. Cənab Əliyev də bu barədə mənə məlumat verdi. Hesab edirəm ki, əvvəlcə beş rayon qaytarılsa, münaqişənin həllində xeyli irəliləyiş olar”.


Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info