“Azərsu” Yardımlının Vərov kəndinin içməli su təchizatını yaxşılaşdırıb
Tarix: 11.08.2016 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səhmdar cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun Vərov kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb.
 
Yardımlı rayonundan millət vəkili seçilmiş Musa Qasımlı mürəkkəb relyefə malik kəndlərin içməli su probleminin həll edilməsini böyük hadisə adlandırıb, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
 
“Azərsu”nun “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin  gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin istehlakçıların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Vərov kəndini içməli su ilə təmin etmək üçün magistral su xətti çəkilmiş, su anbarı tikilmiş, bulaq quraşdırılıb. Layihənin icrası nəticəsində kəndin 500-dək sakininin içməli su təchizatı yaxşılaşıb”.
 
Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən, hətta qonşu kəndlərdən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.
 
Ümumilikdə bu layihə Yardımlı rayonunun 15 kəndini - Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərini əhatə edir. Bu kəndləri içməli  su ilə təmin etmək üçün mənbə olaraq Sineyir çayı  hövzəsindəki bulaqlar seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilib, buradan yaşayış məntəqələrinə qədər 27 km magistral kəmər çəkilmiş, su anbarları tikilib.
 
2015-ci ildə  Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinə suyun verilməsi təmin edilmiş və  6 min sakinin içməli su təchizatı yaxşılaşdırılmışdır. Ümumilikdə Yardımlı rayonunun 15 kəndini əhatə edən layihədən 12 min nəfər faydalanacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info