ABŞ-da əsərləri sərgilənən rəssamımız
Tarix: 12.08.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Səidə Haqverdi:
“Uzun illərdir ki, mən xaricdə təkcə öz əsərlərimi yox, həmçinin ölkəmin mədəniyyətini təqdim edirəm”

Müsahibimiz Səidə Haqverdi (Fagala) Bakı şəhərində rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya gəlib. Qardaşları Ucalla Hüseyn rəssam, Əli isə opera müğənnisi və kino aktyorudur. Bacıları Aida ingilis dili müəlliməsi, Zemfira isə musiqişünasdır.Həsən Haqverdiyevin istedadı və şəxsiyyəti övladlarında müxtəlif formalarda təzahür edib. Səidə Haqverdi də tam olaraq atasının yolunun davamçısıdır. Onun ilk müəllimi də elə atası olub. Qeyd edək ki, Səidə xanım 1977-ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Şüşə və keramika fakültəsinə qəbul olub. 1998-ci ildən ABŞ-da yaşayır. Cəmil adlı bir oğlu var.
-Uşaqlıq illərinizi necə xatırlayırsız?
-Mənim çox xoşbəxt uşaqlıq illərim olub. Biz Rəssamlar evində yaşayırdıq, o gözəl günlər, gözəl xatirələr, rəssamlar və insanlar mənim həyatımda böyük rol oynayıblar. Bütün bizim qonşular Rəssamlar evində bir unikal insanlar idi, bizim usaqlıq vaxtı özü bir təcrübə idi. Mən geri baxanda indi başa düşürəm ki, o vaxt nə qədər özəl və əziz olub.
-Əmək fəaliyyətinə nə vaxtdan başlayıbsız?
-1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirəndən sonra 12 il Yaradıcılıq Kombinatında çalışmışam. Mənim üçün orada işləmək böyük bir qiymətli təcrübə idi. 1990-cı ildə Rəssamlar İttifaqına üzv oldum.
1984-1996-cı illərdə mən bir çox yerli və beynəlxalq sərgilərdə fəal iştirak etdim. Mənim keramik işlərim Nizami Muzeyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınıb. 1987-ci ildə Moskvadakı Şərq Xalqlarının Muzeyi mənim bir neçə əsərlərimi alıb.
-Bəs nə vaxtdan ABŞ-da yaşayırsız?
-1998-ci ildə Amerikaya köçdüm və 1999-cu ildə Art-4 All İncəsənət məktəbində işə başladım. Eyni zamanda mən yerli İncəsənət qalereyalarda öz keramik işlərimi göstərirdim. 2000-ci ildə mən Hyustona ailəmlə köçdüm və keramika rəssamı kimi işimi davam etdirdim. 2000-ci ildə Texas Clay Assosiasiyasına və Hyuston Clay Rəssamlar dərnəyinə üzvü oldum. Həmin il də İncəsənət məktəbində müəllim kimi işə başladım.
-Diaspor işində nə kimi fəallıq göstərirsiz?
-2002-ci ildə mən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (HBQŞA) sədri İradə Axundova ilə görüşdüm və biz yaxın dost olduq. HBQŞA-nı bərpa etmək İradə xanımın arzusu idi. 2004-cü ildə öz sənətimi də davam edərək HBQŞA-nın Mədəniyyət üzrə direktoru oldum. HBQŞA-da bizim mədəniyyətimizi ABŞ-da tanıtmaq üçün çalışıram. Əsas məqsədim bizim adət-ənənələri və incəsənəti amerikalılara tanıtmaq, həmçinin gənc nəsil arasında bizim adət-ənənələri qorumaqdır.
Uzun illərdir ki, mən xaricdə təkcə öz əsərlərimi yox, həmçinin ölkəmin mədəniyyətini təqdim edirəm. Mənim üçün öz Vətənimlə əlaqələrimin sıx olması çox vacibdir. Bizim Assosiasiya heç vaxt passiv olmayıb. Biz saysız əhəmiyyətli layihələr həyata keçirmişik; konsertlər vermişik, sərgilər təşkil etmişik və s.
-Sizin əsərləriniz ABŞ-da hər hansı qalereyada sərgilənibmi?
- Bütün bu illər ərzində mən bir rəssam kimi çalışmışam və müxtəlif qalereyalarda öz sənətimi nümayiş etdirmişəm. Mənim əsərlərim nüfuzlu sərgilərdə; Texas Craft Show (2004), Hyuston Graft Show (2008) göstərilib. 2002-ci ildən 2007-ci ilə qədər mənim keramik işlərim Anya Tish Qalereyasında və Hyuston Dekorativ və Müasir Sənət Mərkəzində təqdim edilib. Həmçinin 2007-ci ildən mənim keramik əsərlərim Foelber Pottery Qalereyasında nümayiş olunur.
2010-cu ildə mənim “Üç qadın” kompozisiyam birinci yer tutub və mən “The best of Show” mükafatına layiq görülmüşəm. Eyni zamanda Texasda müəllim sertifikatı aldım. Bununla yanaşı, Texas Gulf İnstitutunun Kompüter texnologiyası fakültəsini bitirdim. 2013-cü ildə The Post Oak məktəbinə dəvət olundum. Hazırda o məktəbdə incəsənət və keramikanı öyrədirəm, həm də öz xüsusi klubumda keramika dərsləri verirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info