“Üçtərəfli görüş “Şimal-Cənub” dəhlizinin inkişafı üçün geniş perspektivlər vəd edir”
Tarix: 12.08.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən görüşü və aparılan danışıqlar həm ikitərəfli, həm regional, həm də beynəlxalq məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Mən bu görüşün “Şimal-Cənub” dəhlizinin inkişafı üçün geniş perspektivlər vəd etdiyini xüsusi vurğulamaq istərdim. Eyni zamanda, bir daha şahid olduq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti həm ərazicə, həm də əhalisinin sayına görə özündən dəfələrlə böyük olan ölkələri bir araya gətirən, əməkdaşlığa cəlb edən bir gücə çevrilməkdədir.”
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib. “Bu görüş həm dövlətimizin dünya siyasətində rolunun artdığının və mövqelərinin möhkəmləndiyinin, həm də dövlətimizin başçısının beynəlxalq şəxsi nüfuzunun göstəricisidir. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi regionun geosiyasətində və geoiqtisadiyyatında müsbət dəyişikliklərə səbəb olacaq, Azərbaycanı “Şimal-Cənub” dəhlizi üzrə birləşdirici həlqə və ya şəbəkə ölkəsinə çevirəcək, Fars körfəzinə, oradan da Hind okeanına çıxmağa imkan yaradacaq. Nəqliyyat-kommunikasiya sistemi yenilənəcək, tranzit yük və sərnişin daşımalarından ölkəmizin büdcəsinə əlavə vəsaitlər daxil olacaq. Həmin vəsaitlər Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılmasına yönəldiləcək, dövlətimizin regiondakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək”,- deyə deputat qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info