Bu il 760 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib
Tarix: 12.08.2016 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 nəfər əlilliyi olan şəxsi Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib. 
Bu barədə nazirlikdən məlumat verilib. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və  proqramlar şöbəsinin müdiri Vüqar Behbudov cari ildə nazirlik tərəfindən 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətin təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Onlardan 760 nəfəri artıq Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin şəxslərin qeyd olunan rayonlardakı istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti başa çatdıqdan sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir”.
V.Behbudov bu tədbirlərin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirildiyini qeyd edib. O bildirib ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyasına, onların reabilitasiya potensiallarının reallaşdırılmasına, yaradıcılıq imkanlarının dəstəklənməsinə, sosial-məişət problemlərinin həllinə, sosial xidmətlərlə təminatına  və s. yönələn tədbirlər əksini tapır və həmin istiqamətlərin hər biri üzrə konkret işlər görülür.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info