İran mətbuatı: “İran-Azərbaycan-Rusiya əlaqələri dünya üçün regional əməkdaşlıq nümunəsi olacaq“
Tarix: 12.08.2016 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri, prezident İlham Əliyevlə görüşü və Bakıda bu həftə baş tutmuş Azərbaycan, Rusiya və İran liderlərinin üçtərəfli görüşü İran mətbuatında geniş işıqlandırılıb. 
İqtidaryönümlü və müxalifət qəzetləri bu səfərin üç ölkənin əlaqələrində yeni səhifə açacağına və dünya üçün regional əməkdaşlıq nümunəsi olacağını vurğulayıblar. 
Hökumətə yaxın "İran" qəzeti H.Ruhaninin İ.Əliyev və V. Putinlə görüşünə toxunaraq, üç ölkə arasında əlaqələrin möhkəmlənməsi və regional əlaqələrin inkişafının önəmli olduğunu qeyd edib. 
Qəzet həmçinin İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə müsahibəsini dərc edərək, iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsini ətraflı izah edib. 
Müxalifət qəzetlərindən olan  "Keyhan" qəzeti Prezident İlham Əliyev və Ruhaninin görüşündən şəkili baş səhifədə dərc edərək bu görüşün önəmindən yazıb.
 
“Fars”, “İRNA”, “İSNA” kimi önəmli agentliklər də prezident H. Ruhaninin Bakı səfərini geniş  işıqlandırıb. Bu səfərin iki ölkənin iqtisadi əlaqələrində yeni səhifə olduğu vurğulanıb.
 
Xəbər agentlikləri Azərbaycan, İran və Rusiya arasında əldə olunan razılığı İranın və Azərbaycanın regional yük tranziti dəhlizi ölkələrinə çevrilməsi üçün yeni imkan kimi dəyərləndiriblər.
 
Hökumətin rəsmi xəbər saytı  Azərbaycan və İranın regional əməkdaşlıqdakı rolundan yazıb və bildirib ki, bu görüş İranın Azərbaycan və Qafqazla iqtisadi-ticarət əlaqələrinin inkişafına zəmin yaradacaq.
 
İran Dövlət Televiziyası Azərbaycan və İran arasında 6 əməkdaşlıq sənədinin imzalanma mərasimini canlı yayımlayıb. bundan başqa, hər iki ölkə prezidentlərinin çıxışını tam şəkildə  yayımlayaraq, Azərbaycanı inkişaf etmiş ölkə kimi təqdim edib, paytaxt Bakıya həsr olunmuş kadrlar yayımlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info