“Petkim”in mənfəəti 27 faiz artıb
Tarix: 12.08.2016 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan və 60-a yaxın neft-kimya xammalı istehsal edən “Petkim PetroKimya Holding A.Ş.”nin cari ilin ikinci rübündəki mənfəəti artıb. “Bloomberght.com” xəbər verir ki, “Petkim”in bu ilin ikinci rübündəki mənfəəti 2015-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 226,9 milyon türk lirəsi olub.
“Bloomberg”in anketində iştirak edən 12 analitik isə “Petkim”in bu ilin ikinci rübündəki mənfəətinin 159,3 milyon türk lirəsi olacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, “Petkim” Türkiyənin neft-kimya sektorunda yeganə istehsalçıdır və kompleks İzmirin Əliağa yarımadasında yerləşir. 2008-ci ildə SOCAR “TURKAS” ilə birgə “Petkim”in alınması üçün müraciət edib. “Petkim”də “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) təxminən 58 faizlik hissəyə sahibdir.
“Petkim” kompleksi daxilində 20 növ çeşiddə məhsul edən 14 zavod fəaliyyət göstərir. Hazırda zavod illik 3,6 milyon ton məhsul istehsalı həcminə malikdir. “Petkim” 2015-ci ildə 1,8 milyon ton məhsul satışından 1,7 milyard ABŞ dolları satış gəliri əldə edib.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. “SOCAR Turkey Enerji A.Ş.” şirkəti neft emalı, neft–kimya, energetika, logistika və daşıma inteqrasiyasına əsaslanan sahələri dəstəkləyir. Hazırda STEAŞ Türkiyənin ən böyük xarici investorudur.
STEAŞ-ın səhmdarları belədir: SOCAR-87 faiz, “Goldman Sachs”-13 faiz.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info