Xətai rayonunun bir neçə küçəsində təmir işləri başa çatıb
Tarix: 12.08.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Bakının Xətai rayonunda bir-neçə küçə təmir edilərək istifadəyə verilib. 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, təmir-tikinti işləri Telnov küçəsində, Məzahir Rüstəmov və general Əliağa Şıxlinski küçələrinin bir hissəsində, həmçinin “Neapol dairəsi”nin ətrafında aparılıb. 
Telnov küçəsinin uzunluğu 1340 metr, eni 13 metr, Məzahir Rüstəmov və general Əliağa Şıxlinski küçələrinin təmir işlərinin aparıldığı hissələrinin uzunluqları müvafiq olaraq 500 və 400 metrdir. Hər iki küçənin eni isə 14 metr təşkil edir. 
Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, Telnov küçəsinin 23 700 kvadratmetr sahəsi, Məzahir Rüstəmov küçəsinin 12 400 kvadratmetr sahəsi, general Əliağa Şıxlinski küçəsinin isə 6 000 kvadratmetr sahəsi asfaltlanıb. 
Bundan başqa, təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb, küçələr boyu yeni səki daşları düzülüb. Ümumilikdə, Telnov küçəsinə 2400 p/m, Məzahir Rüstəmov küçəsinə 950 p/m, general Əliağa Şıxlinski küçəsinə isə 750 p/m yeni səki daşı düzülüb. 
“Neapol dairəsi”nin ətrafında da təmir işləri aparılıb, asfalt-beton örtüyü yenilənib və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənib. 
Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni 30 ədəd baxış qapaqları qoyulub.
 
İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info