Yerevanda mitinqlər davam edir
Tarix: 12.08.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Ermənistanda ictimai-siyasi vəziyyət hələ də gərgin olaraq qalır. Yerevanın mərkəzində istefa şüarları səslənir. Post-patrul alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqləri davam edir. Yerevan məhkəməsinin qarşısında toplaşan etirazçılar və həbs olunanların ailə üzvləri üsyançıların sərbəst buraxılmasını tələb edirlər.“Təsis parlamenti”nin bir qrup üzvü isə mərkəzi meydana toplaşıb. Onlar prezident başda olmaqla hökuməti istefaya səsləyiblər. İctimai fəal Alek Eniqomşyan “Təsis parlamenti”nin rəhbəri, hazırda isə həbsdə olan Jirayr Səfilayanla görüşdüklərini bildirib. O qeyd edib ki, Jiray Selfiyan Serj Sarkisyanın istefasını tələb edir. Əks təqdirdə ölkədə yenidən silahlı üsyana başlayacaqlar. Bu açıqlamadan sonra Yerevan polisi gücləndirilmiş iş rejiminə keçib. Şəhərə giriş-çıxışlarda postlar qurulub. Polis isə hər hansı insident baş verəcəyi təqdirdə qarşısının zor gücünə alınacağını bildirib.
Paytaxtda davam edən aksiyalara son günlər regionlardan da dəstək gəlməyə başlayıb. Bir neçə rayon mərkəzində insanlar küçə və meydanlara çıxaraq hakimiyyətə qarşı etiraz səslərini ucaldıblar. Ekspertlərin fikrincə, qiyamçı qüvvələrə dəstək həm də sosial vəziyyətin ağırlığından qaynaqlanır. İstənilən növ etiraz forması sadə vətəndaşların ürəyindən xəbər verir, çünki Ermənistanda gündən-günə ağırlaşan iqtisadi vəziyyət heç kimdə gələcəyə inam qoymayıb. Əhali yeganə çıxış yolunu tezliklə mövcud hakimiyyətlə vidalaşmaqda görür.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info