Vergi ödəyiciləri islahatların istiqamətləri barədə məlumatlandırılırlar
Tarix: 12.08.2016 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Şimal bölgəsindəki vergi ödəyiciləri Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 2016-cı il 4 avqust tarixli Sərəncamı və bu Sərəncamla Vergilər Nazirliyinin qarşısında duran vəzifələrlə bağlı ətraflı məlumatlandırılıb. Avqustun 12-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən regional görüşdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi orqanları tərəfindən ötən dövrdə aparılan islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar barədə danışıb.
Bildirilib ki, görülən işlər nəticəsində ölkədə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti, səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılıb, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində qabaqcıl ölkələrin vergi administrasiyaları ilə əməkdaşlıq genişləndirilib.
Son on il ərzində vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Görülən işlər nəticəsində 2016-cı ilin ilk yarımilliyi ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 3190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2495,4 milyon manat (78,2 faiz) təşkil edib. Bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmalar 9,7 faiz artıb.
“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamla əlaqədar görüləcək işlərdən bəhs edən Ə.Məmmədov bildirib ki, islahatların əsas hədəfləri kiçik və orta sahibkarlığın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının sadələşdirilməsi, vergi sahəsində şəffaflığın təmin edilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqidir. Sadalanan hədəflərə çatmaq üçün başlıca şərtlər isə vergi yükünün azaldılması, vergi dərəcələrinin optimallaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, iqtisadiyyatın prioritet sahələrinin təşviqi, nağdsız əməliyyatların stimullaşdırılması, vergi sahəsində beynəlxalq mütərəqqi təcrübənin tətbiqi, o cümlədən, ictimai məlumatlandırma, könüllü vergi açıqlaması, vergi öhdəliklərinin qabaqcadan razılaşdırılması, vahid hesabat standartlarının işə salınmasından ibarətdir. Bütün bunlar vergi nəzarəti sistemində şəffaflığın təmin olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin artması, vergi sahəsində risklərin qiymətləndirmə sisteminin formalaşması, vergitutma bazasının genişlənməsi, beynəlxalq standartlara cavab verən vergi sisteminin yaradılması kimi nəticələr əldə etməyə imkan verəcək.
Görüşdə vergi ödəyicilərinin fikirləri dinlənilib, vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərlə bağlı suallar cavablandırılıb.
Vergi ödəyiciləri ilə görüşlər avqustun 10-dan başlayaraq Quba ilə yanaşı Şirvan, Lənkəran, Şəmkir, Gəncə, Sumqayıt şəhərlərində də təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info