İstanbul və Ankaradakı bütün hərbi hissələr köçürüləcək
Tarix: 12.08.2016 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Hərbi çevriliş cəhdi ilə əlaqədar Türkiyə ordusundan xaric edilən hərbçilərin sayı 3 min 185 nəfərə çatıb. 
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık açıqlayıb. 
Xaric edilən hərbçilərin 151-i general və admiraldır. Hərbi çevriliş cəhdi və Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı 265 pilot ordudan xaric edilib. 
Hazırda fövqəladə durumlarda tələb olunan sayda pilot olsa da, pilotların ümumi sayı Türkiyə ordusu üçün zəruri həddən azdır. 
F. İşık pilot ehtiyacının aradan qaldırılması üçün FETÖ-nün təzyiqi ilə ordudan uzaqlaşdırılan pilotların və digər hərbçilərin orduya qayıtmasına imkan verəcək qanun hökmündə qərarnamə üzərində çalışdıqlarını nəzərə çatdırıb. 
Hərbi çevriliş cəhdindən sonra 162 hərbçinin qaçdığını, istintaqın davam etdiyini söyləyən F. İşıq ordudan uzaqlaşdırılanların sayının dəyişə biləcəyini də qeyd edib. 
Müdafiə naziri hərbi çevriliş günü çevriliş tərəfdarlarının əsas bazası rolunu oynayan Ankaradakı Akıncı Hərbi Hava Bazasının yerində Demokratiya parkı salınacağı da açıqlayıb. 
F. İşık İstanbul və Ankaradakı bütün hərbi hissələrin sentyabrın 15-dək köçürüləcəyini, bu hərbi hissələrin yerləşdiyi ərazilərin əhalinin və dövlət qurumlarının istifadəsinə veriləcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info