Gənclər Beynəlxalq Gənclər Günündə “Gəncliyin Sevgisi Sərhədsizdir “ dedilər !
Tarix: 12.08.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


12 avqust - Beynəlxalq Gənclər günündə Gənclər üçün Təhsil Mərkəzi ,Qan Donorları Assosasiyası İB, Mərkəzi Qan Bankı “Gəncliyin Sevgisi Sərhədsizdir” adlı kampaniya çərçivəsində gənclərin iştirakı ilə qanvermə aksiyası həyata keçirib. Aksiyanı giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə donorları salamlayıb və bildirib ki, bu gün aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış etməsi qan xəstəliyindən əziyyət çəkən insanlara qarşı bu sevginin sərhəd tanımadığına əyani sübutdur..Onun sözlərinə görə, bu gün öz qanını nəinki həmvətənləri ilə həmçinin digər bir ölkə vətəndaşıyla bölüşməyə hazır olan gənclik sabah bəşəriyyət üçün istənilən fədakarlığa imza atacaq: “Çünki onların gözlərində insan sevgisi hər şeydən alidir”.
Qan Donorları Assosasiyasının rəhbəri Fuad Əsgərov bildirib ki , bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Bildirilmişdir ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır.
Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd isti yay günlərində hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır. Qanvermə aksiyası həmçinin gənclərin sağlamlıq məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmağı nəzərdə tutub.


Mətbuat Xidməti




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi icra edilir
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info