“Şıxov” sanatoriyası yenidənqurmadan sonra açıldı
Tarix: 12.08.2016 | Saat: 19:36:00 | E-mail | Çapa göndər



“Təmirə ehtiyacı olan bütün sanatoriyalarda yenidənqurma işləri aparılacaq”


“Şıxov” sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
Tədbirdə jurnalistlərə müsahibə verən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib ki, 2,5 hektar ərazisi olan kompleksin təmir və yenidənqurma işlərinə 2015-ci ilin yanvarında başlanılıb. 102 çarpayılıq bu sanatoriya 1, 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Hər bir otaq daimi isti və soyuq su ilə təmin olunub. Beşmərtəbəli sanatoriya binasının xarici və daxili görünüşü müasir tələblərə uyğundur. Ərazidə yaşıllaşdırma işləri aparılıb, ağaclar və güllər əkilib. Qazanxana binası tamamilə yenilənib, orada olan avadanlıqlar dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətlərinin istehsal etdiyi məhsullarla əvəzlənib. S.Mehbalıyev əlavə edib ki, AHİK-in nəzdində səkkiz sanatoriya, bir müalicə pansionatı, on istirahət bazası fəaliyyət göstərir. Sanatoriyaların 6-sı ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları isə mövsümi fəaliyyət göstərir. “Azərbaycan Respublikasinda Kurortların 2009-2018-ci illərdə İnkişafi üzrə Dövlət Proqramı”na toxunan AHİK sədri bu proqramı dövlətin müalicə müəssisələrinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bildirib ki, proqram əsasında növbəlilik prinsipi ilə təmirə ehtiyacı olan bütün sanatoriyalarda yenidənqurma işləri aparılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info