İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edib
Tarix: 12.08.2016 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Avqustun 12-də iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət edib. Vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər üzrə müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, ailə təsərrüfatlarının təşkili, ixracın dəstəklənməsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatına kredit limitinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət ediblər. Qəbula gələn sahibkarlarla müzakirələr aparılıb, onların istixana, cins heyvandarlıq, əkinçilik, ailə fermer təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin dəstəklənməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl sektorun inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər. Digər rayonlardan gəlmiş vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb. Qəbula gələn vətəndaşlar onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Qəbul çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev güzəştli kreditlər hesabına reallaşdırılan “Sabirabad Konserv Zavodu” ASC-nin, “Sabirabad” istixana kompleksinin və digər ixracyönümlü layihələrin icrası ilə tanış olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info