Türkiyə Yunanıstandan qaçan hərbi attaşelərlə bağlı İtaliyaya nota verib
Tarix: 12.08.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Türkiyə İtaliyaya nota verib.

APA-nın məlumatına görə, İtaliya Xarici İşlər Nazirliyindəki (XİN) mənbə RİA Novosti agentliyinə bildirib ki, Türkiyənin İtaliyadakı səfirliyi tərəfindən verilən şifahi notada söhbət Yunanıstandan İtaliyaya qaçmış və Hollandiyaya yollandıqları ehtimal olunan attaşelərdən gedir. 
Türkiyə Xarici İşlər Nazirliyiavqustun 7-də Yunanıstan XİN-ə müraciət edərək Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi, polkovnik İlhan Yaşıtlı və  hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. 
Yunanıstan XİN də həmin gün onların akkreditasiyalarını ləğv edib. Ancaq bu iki polkovnikin nə zaman Afinadan qaçdıqları bilinmir. 
İ. Yaşıtlı və H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə qatılmayıblar. Attaşelər ailə üzvləri ilə birlikdə 8 nəfərdir. 
Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan İ. Yaşıtlı və  H. Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar.
 
Bu gün isə Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, Ankara onlarla bağlı artıq İtaliya tərəfi ilə əlaqə qurmağa başlayıb.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib
20.07.2019
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib
20.07.2019
Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb
19.07.2019
Hindistanda daşqınlar nәticәsindә hәlak olanların sayı 136 nәfәrә çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info