Zərif: “Türkiyə göstərdi ki, bölgə xalqları çevrilişlərin əleyhinədir“
Tarix: 12.08.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


"Rəsmi Tehran və İran xalqı hər zaman Türkiyənin yanındadır. Çevrilişə ləyaqətlə müqavimət göstərən türk xalqını təbrik edirəm. Türk xalqı göstərdi ki, bölgə xalqları bu cür çevrilişlərin, insanların demokratik haqlarının əlindən alınmasının əleyhinədir".
“Milliyət”in verdiyi məlumata görə, bu sözləri Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
 
O bildirib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə davam edəcək: “Elektrik, təbii qaz, enerji sahələrində əməkdaşlığa hazırıq. İran təbii qazının satışı və türk iş adamlarının investisiya yatırması gündəmimizdədir. Türkiyənin təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik. Terrorizmlə mübarizə sahəsində də mövqeyimiz eynidir”.
 
Zərif Türkiyə-Rusiya əməkdaşlığının bərpasından məmnun olduğunu da ifadə edib və bu əlaqələrin inkişafına töhfə verməyə hazır olduqlarını bildirib.
 
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da İranın təhlükəsizliyinə təhdidin Türkiyənin təhlükəsizliyinə təhdid hesab etdiklərini bildirib.
 
O əlavə edib ki, Suriyada davamlı sülh sahəsində əməkdaşlıq gücləndiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info