ABŞ Gülən məsələsini müzakirə etmək üçün Ankaraya nümayəndə heyəti göndərir
Tarix: 12.08.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


ABŞ hökuməti Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün 4 nəfərdən ibarət heyətin Türkiyəyə göndərilməsi barədə qərar verib. 
“Milliyet” qəzetinin verdiyi məlumata görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib. 
Nümayəndə heyəti avqustun 22-də Türkiyəyə gələcək. Nümayəndə heyətinə ABŞ Ədliyyə Nazirliyinin 3, ABŞ Dövlət Departamentinin 1 əməkdaşı daxildir.
 Bu barədə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu da danışıb. 
 
O, hazırda Pensilvaniyada yaşayan F. Gülənin Türkiyəyə təhvil verilməsinin tək ABŞ və Türkiyə arasında bir məsələ olmadığını, bütün dünyanın bu prosesi yaxından izlədiyini qeyd edib: “Həm Con Kerri, həm də Co Bayden Türkiyəyə gəlmək istədiklərini bildiriblər. Bu ziyarətlərdən sonra müvafiq sənədlərlə birlikdə Vaşinqtona gedəcək, Fətüllah Gülənin Türkiyəyə təhvil verilməsinə səy göstərəcəyik. ABŞ və Türkiyə arasında şübhəlilərin qarşılıqlı təhvil verilməsi barədə anlaşma var və bu anlaşma bu günə qədər həyata keçirilib. ABŞ-ın ən qısa müddətdə terror təşkilatının liderini Türkiyəyə təhvil verməsini gözləyirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info